Universitetlərdə valideyn iclası məktəb modeli yox, dəstək mexanizmidir - EKSPERT

Təhsil cəmiyyətin inkişafını müəyyən edən əsas institutlardan biridir. Xüsusilə ali təhsil mərhələsi fərdin peşəkar və şəxsi formalaşmasında həlledici rol oynayır. Universitet yalnız bilik verilən məkan deyil, eyni zamanda gəncin müstəqil qərarvermə, məsuliyyət daşıma və sosial mühitə adaptasiya bacarıqlarını inkişaf etdirdiyi bir mərhələdir. Bu baxımdan ali təhsil məktəb pilləsindən mahiyyət etibarilə fərqlənir və daha çox yetkinlik, azadlıq və fərdi məsuliyyət prinsiplərinə əsaslanır.
Avtosfer.az xəbər verir ki, son vaxtlar universitetlərdə valideynlərin iştirak imkanlarının genişləndirilməsi, o cümlədən valideyn iclaslarının təşkili məsələsi gündəmə gəlib. Bu yanaşma ali təhsilin funksiyası və sərhədləri ilə bağlı yeni müzakirələr doğurur. Bu kontekstdə sual yaranır. Görəsən universitetlərdə valideyn iclaslarının təşkili nə dərəcədə məqsədəuyğundur?
Mövzu bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində valideynlərə yönəlik tədbirlər demək olar ki, mövcud deyil:

“Məsələn, valideyn iclasları, universitetə gedib övladları ilə maraqlanmaq və ya xüsusi profilaktik görüşlərin təşkili çox nadirdir. Bir neçə valideyn universitetə gedib uşağının nəticələrini öyrənmək istədikdə isə bu, adətən mümkün olmur. Çünki müəllimlərlə görüşə icazə verilmir. İnkişaf etmiş ölkələrdə valideynlər onlayn sistemlər vasitəsilə övladlarının dərsə hazır olub-olmaması, imtahan nəticələri və praktiki bilik səviyyəsini izləyə bilir. Bizdə isə vəziyyət ürək açıcı deyil, çünki bürokratik əngəllər valideynlərin məlumat əldə etməsini çətinləşdirir”.
Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrində valideyn yoxlama mexanizmi mütləq təşkil edilməlidir:
“Əgər onlayn sistem tətbiq olunarsa, valideynlər övladlarının məlumatlarını lazımi şifrə və ya iş nömrəsi ilə izləyə biləcək, universitetə getməyə ehtiyac qalmayacaq. Ən azı hər semestrdə və ya ildə bir dəfə universitetdə şəxsən məlumat almağa icazə verilməlidir. Valideynlər həmçinin istədikləri fənn müəllimi ilə görüşə bilmək imkanına malik olmalıdır. Bəzi ölkələrdə bu, onlayn formada və ya müəllimlərin e-mail ünvanları vasitəsilə həyata keçirilir. Bizdə isə hazırda belə mexanizm yoxdur; sorğular göstərir ki, valideynlərin cəmi bir faizi belə universitetə gedərək övladının nəticələrini izləyə bilir. Bu, ciddi narahatlıq doğuran bir vəziyyətdir. Valideyn yoxlama mexanizmi tətbiq olunarsa, universitetdə övladlarının vəziyyətini izləmək üçün valideynin fiziki olaraq getməsinə ehtiyac qalmayacaq. Bu, ən effektiv metod hesab olunur. Hal-hazırda belə sistem mövcud olmadığı üçün alternativ yollar düşünülməlidir. Valideynlər məlumatlı olduqda uşaqların kəsir vəziyyətindən xəbərsiz qalmaları da aradan qalxar, xüsusilə xarici ali təhsil alanlar üçün bu daha vacibdir”.
Nurcan Babək
MTK-lar üçün önəmli olan satışdır, şəhərin görünüşü onları maraqlandırmır - MEMAR
Əhaliyə ciddi xəbərdarlıq – Bu gün ərzində…
Novruzun ilk mərhələsi – Su çərşənbəsinin türk tarixində yeri nədir? – Ekspertlər AÇIQLADI
Yas mərasimləri ilə bağlı YENİ QAYDA - Bütün ölkə üzrə…
Quru sərhədlərlə bağlı əhaliyə ŞAD XƏBƏR - Xüsusi marşrutların tətbiqi ...
Bakıda isti su yola axır - Günlərdir həll olunmayan problem - VİDEO
Məmur hərisliyi piyadaya səkidə şərait yaratmağa imkan vermir - EKSPERT
Prezident minimum əməkhaqqı ilə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ
Hərbi xidmətlə bağlı qayda DƏYİŞDİ
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?










