Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO

Artıq yaşı 60-dan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər.
Bu, İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılıb. Avtosfer.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov Baku TV-yə bildirib ki, bir çox ölkələrdə, xüsusən də Qazaxıstanda pensiya yaşına iki il qalmış şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağandır. Azərbaycanda da bu cür təcrübənin tətbiqinin tərəfdarıdır, çünki pensiya yaşı yaxınlaşan şəxslərin iş tapması çətinləşir. Hüquq müdafiəçisi Sahib Məmmədov isə bu təklifin həyata keçməsinin çətin olduğunu düşünür.
Qırmızıdan keçən şagirdləri maşın vurdu – İki yaralı - VİDEO
Onun fikrincə, Rusiyada da pensiya yaşı yaxınlaşanların əmək müqaviləsinin ləğv olunmasını qadağan edən qanun qəbul edilib, amma bu mexanizm uğursuz olub:
"Bunun bir neçə səbəbi var, məsələn, müəssisənin ləğv edilməsi və ya işçinin əmək intizamını pozması, alkoqollu içkilər altında işə gəlməsi və ya davaya səbəb olması hallarında nə ediləcək? Yaxşı işçi niyə işdən çıxarılmalıdır?!".
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verməsi qadağandır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












