Yayda niyə daha tez yoruluruq? - Əsas səbəb

Bir çox insan yay aylarında özünü daha halsız, yorğun və enerjisiz hiss etdiyini deyir. Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbi yüksək temperaturun orqanizmin fəaliyyətinə təsir göstərməsidir.
Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, isti hava şəraitində bədən normal temperaturunu qorumaq üçün daha çox enerji sərf edir. Orqanizm tərləmə vasitəsilə soyumağa çalışır və bu proses zamanı su ilə yanaşı, natrium, kalium və maqnezium kimi vacib mineralları da itirir. Nəticədə insan özünü zəif və yorğun hiss edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, yay aylarında susuzlaşma da halsızlığın əsas səbəblərindən biridir. Bir çox insan kifayət qədər su qəbul etmədiyi üçün qan dövranı zəifləyir, beyinə və əzələlərə oksigen daşınması nisbətən azalır. Bu isə diqqətin dağılması, yuxululuq və tez yorulma ilə nəticələnir.
İsti havalar yuxu keyfiyyətinə də mənfi təsir göstərə bilər. Gecələr yüksək temperatur səbəbindən orqanizm rahat şəkildə istirahət edə bilmir. Yuxusuzluq və ya keyfiyyətsiz yuxu isə gün ərzində yorğunluq hissini artırır.
Həkimlər bildirirlər ki, yayda ağır və yağlı qidaların qəbulu da enerji azalmasına səbəb ola bilər. Belə qidaların həzmi üçün orqanizm daha çox enerji sərf etdiyindən insan özünü daha süst hiss edir.
Bundan əlavə, günəş şüalarına uzun müddət məruz qalmaq və açıq havada həddindən artıq fiziki fəaliyyət göstərmək də bədənin enerji ehtiyatlarının daha tez tükənməsinə gətirib çıxarır.
Mütəxəssislər yay aylarında yorğunluğun qarşısını almaq üçün gün ərzində kifayət qədər su içməyi, meyvə və tərəvəzlə zəngin qidalanmağı, günün ən isti saatlarında ağır fiziki işlərdən uzaq durmağı və keyfiyyətli yuxuya üstünlük verməyi tövsiyə edirlər.
Qeyd olunur ki, halsızlıq və yorğunluq hissi uzun müddət davam edərsə və ya digər sağlamlıq problemləri ilə müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












