“Yeni nəsil ustalar həm yüksək texnoloji, həm də praktiki bilgiyə malik olmalıdır” – SAHİL AĞABƏYLİ - FOTO

Bir vaxtlar avtomobilin səsini dinləyib nasazlığı sadəcə səsi dinləməklə tapan ustalar indi kompüter diaqnostikasının ekranına baxır.
Avtosfer.az xəbər veriri ki, qızmış mühərrikin qoxusundan problem hiss edən köhnə nəsil ustalar yerini yavaş-yavaş “proqram oxuyan” gənclərə verir. Servis mərkəzlərində indi ən vacib alət artıq açar yox, leptop hesab olunur.
Bəs elektron sistemlərin bu qədər çoxaldığı dövrdə kompüter hər şeyi göstərə bilir, yoxsa hələ də “ustanın qulağı”nın dəyəri var?
.jpg)
Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, elektron sistemlərin artması ustaların rolunu azaltmır, əksinə, daha da artır:
“Çünki bu sistemlərin hər birində müəyyən nasazlıq yarandıqda, onu aradan qaldırmaq üçün ustaya müraciət olunur. Hətta demək olar ki, elektronika sahəsində problemlər daha çox olur və bu da peşəkar ustalara olan tələbi artırır. Kompüter diaqnostikası hər şeyi göstərə bilmir. Məsələn, mühərrikdəki və ya asqı sistemindəki mexaniki hissələrin vəziyyətini elektron cihazlar müəyyən etmir. Bu hissələrin yoxlanılması üçün ustanın təcrübəsi, müşahidə qabiliyyəti və “ustalıq gözü” vacibdir”.
Sahil usta qeyd edib ki, gələcəyin ustası isə həm mexanik, həm də proqramçı olmalıdır:
“Artıq 51%-lik hissə proqram biliklərinin üzərinə düşür. Yeni nəsil, xüsusilə Çin, Koreya və ya Avropa avtomobilləri ilə işləmək üçün usta mütləq proqram təminatlarını anlamalı, həmçinin ingilis, bəzən də Çin və ya Koreya dillərini bilməlidir. Qalan 49%-lik hissə isə klassik mexaniki biliklərə əsaslanır. Çünki bəzi mühərrik və asqı sistemləri hələ də elektron diaqnostika ilə tam müəyyən olunmur. Buna görə də gələcəyin peşəkar ustası həm yüksək texnoloji, həm də praktiki biliklərə malik olmalıdır”.
Fidan
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO












