Zabrat sakinləri yenə işıqsız qalıb, qurumdan reaksiya yoxdur - ŞİKAYƏT

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində artıq bir sutkadan çoxdur ki, elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, sakinlər uzun müddətdir davam edən problemin gündəlik həyatlarına ciddi təsir göstərdiyini bildirirlər. Onların sözlərinə görə, elektrik enerjisinin tez-tez kəsilməsi həm məişət avadanlıqlarının istifadəsində çətinlik yaradır, həm də isti hava şəraitində narahatlığı artırır.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə "Azərişıq" ASC-nin “199” qaynar xəttinə müraciət ediblər. Onlara verilən cavabda elektrik şəbəkəsində qəzanın baş verdiyi və nasazlığın qısa müddətdə aradan qaldırılması istiqamətində işlərin aparıldığı qeyd olunub.
Qəsəbənin bəzi hissələrində elektrik enerjisinin verilişi bərpa edilsə də, bir çox küçə və yaşayış məntəqəsində problem hələ də qalmaqdadır. Sakinlər problemin qısa zamanda tam həll olunmasını və elektrik təchizatının dayanıqlı şəkildə bərpa edilməsini gözlədiklərini bildirirlər.
Eltac
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












