"Zəngəzur dəhlizi əsas logistik mərkəzə çevriləcək" - Ekspert

Bütün diqqətlərin yönəldiyi Vaşinqtonda qəbul ediləcəyi gözlənilən qərarlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır.
Ümumiyyətlə, Amerika Zəngəzur dəhlizinin açılmasına iqtisadi cəhətdən niyə maraqlıdır?
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, dünyada yeni logistik xətlərin çoxşaxəli olması son dönəmlərdə iqtisadiyyata ciddi təsir edən amilə çevrilib.
"Zəngəzur dəhlizi isə Şərqdən Qərbə yük daşımalarda mühüm rol oynaya biləcək əsas logistik mərkəzlərdən birinə çevriləcək. Çünki indi daha çox şərqlə qərb arasında dəmir yolu və avtomobil yolu körpüsü Rusiya və Belarusiya oynayır. Rusiya və Belarusla bağlı vəziyyət aydındır. Bu ölkələrə qarşı minlərlə sanksiya qəbul olunub. Yaxın zamanlarda bu sanksiyaların aradan qaldırılması o qədər də böyük ehtimal deyil".
İqtisadçının fikrincə, yeni logistik xətlərin açılması dünya iqtisadiyyatı üçün olduqca önəmlidir:
"Bu xətlərdən də ən optimalı Zəngəzur dəhlizidir. Yəni Azərbaycan üzərindən keçən və Türkiyədən Avropaya ən qısa yol təşkil edən Zəngəzur dəhlizi gələcəkdəd dünya iqtisadiyyatda ciddi rol oynayacaq. Bu da Donald Trampın və Amerikanın maraqlarına uyğundur", - deyə Natiq Cəfərli fikrini yekunlaşdırdı.(redaktor.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












