Zəngilan həmişə Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edib - Akif Nağı

“Bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək”.
Bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi Zəngilandan keçəcək:
“Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.
Beləliklə, Prezident İlham Əliyev Zəngilanın Azərbaycan və region üçün necə böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı bildirib ki, Prezidentin Zəngilanla bağlı dedikləri həddindən artıq doğru və düzgün mövqedir:
“Prezident Zəngilanın, bütövlükdə Şərqi Zəngəzurun həm Azərbaycan, həm də region üçün əhəmiyyətini xüsusi olaraq qeyd edir. Bu gün Orta dəhliz dünyanın müxtəlif qütblərini birləşdirir. Əsas da Şərqlə Qərbi bura aid etməliyik. Böyük dövlətlər də bu yolda maraqlıdır. Həmin yolun böyük hissəsi Zəngilanın ərazisindən keçməklə Zəngəzur dəhlizinə daxil olur”.
Siyasətçi qeyd edib ki, bu gün həm Zəngəzur dəhlizi, həm də Araz dəhlizi istiqamətində işlər gedir:
“Araz dəhlizi ilə bağlı işlər demək olar ki, artıq yekunlaşıb. O dəhliz tezliklə fəaliyyətə başlayacaq. Təbii ki, Zəngilan bölgəsi həmişə Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edib. Zəngilan həmişə Ermənistanın təcavüz hədəfi olub”.
Akif Nağı onu da əlavə edib ki, Zəngilanın Azərbaycan və bütün Şərq dünyası üçün çox böyük əhəmiyyəti var:
“Yəni Şərqdən Qərbə və əks istiqamətdə yol məhz bu məntəqədən keçəcək. Yaxın vaxtlarda proses başlayacaq. Azərbaycan Şimaldan Cənuba gedən yolun da mərkəzindədir. Böyük ehtimalla, bu yol ölkəmizdə kəsişərək Zəngəzur dəhlizinə də öz töhfəsini verəcək. Bu iki yolun da ölkəmizdən keçməsi və şaxələnməsi də əhəmiyyətli bir hadisə kimi dəyərləndirilməlidir”.
Partiya sədri diqqətə çatdırıb ki, alternativliyin olması da önəmlidir:
“Zəngəzur dəhlizində problem olsa, Araz dəhlizi işləyəcək və ya əksinə. Ona görə də Azərbaycan rəhbərliyi bu məsələlərə xüsusi diqqət yetirir. Oradakı işlərin yaxın vaxtlarda yekunlaşması üçün əllərindən gələni edirlər”.(cebhe.info)
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










