Zəngilanda yarmarka təşkil olunub - VİDEO

Bu gün Zəngilanda kənd təsərrüfatının inkişafına dair dövlət proqramının icrası çərçivəsində keçirilən regional tədbir çərçivəsində xüsusi yarmarka da təşkil olunub. Qarabağa köç etmiş kənd sakinləri tərəfindən yetişdirilən ekoloji təmiz kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, yarmarkada yerli istehsalçılar öz bağ və təsərrüfatlarında yetişdirdikləri təbii məhsulları – meyvə-tərəvəz, süd və süd məhsulları, bal və digər ərzaq məhsullarını təqdim ediblər.
Eyni zamanda, artıq brendləşmiş yerli qida və qeyri-qida məhsulları da sərgilənərək satışa çıxarılıb.
Tədbirin əsas məqsədi Qarabağa köç etmiş sakinlərin iqtisadi fəallığının artırılması, onların istehsal etdikləri məhsulların bazara çıxışının genişləndirilməsi və yerli kənd təsərrüfatı məhsullarının tanıdılmasıdır.
Yarmarka həm də istehsalçılar üçün yeni satış imkanlarının yaradılması, kiçik ailə təsərrüfatlarının dəstəklənməsi və bölgədə kənd təsərrüfatı ənənələrinin inkişafına töhfə vermək baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












