Zəngilanın Məmmədbəyli kəndində bütün evlərdə günəş panelləri quraşdırıldı

Zəngilanın Məmmədbəyli kəndində bütün fərdi yaşayış evlərində günəş panelləri quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib.
Onun sözlərinə görə, Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır:
"Kənddə 2 ədəd çoxfunksiyalı qeyri-yaşayış binası və 188 fərdi yaşayış evi inşa edilib. Onlardan 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beşotaqlıdır. Kənd ərazisində bütün fərdi yaşayış evləri xüsusi dizaynda hazırlanıb. Hər bir fərdi yaşayış evləri üçün 0,12 ha həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb".
İ.Rzayeva bildirib ki, evlər tam müasir kommunikasiya şəbəkəsi - su, işıq, qaz, günəş panelləri, yüksək sürətli internet şəbəkəsi və yollarla təmin edilib:
"Kəndin inzibati binalarında, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər və dekorativ rəngləmələr aparılıb. Bu işlər kəndin ümumi estetik görünüşünə müasirlik və xüsusi üslub əlavə edərək ərazinin vizual cazibədarlığını artırır".
Şöbə müdiri həmçinin vurğulayıb ki, Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə olduğundan iqtisadi səmərəliliyin təmin olunması məqsədilə iki kəndi birləşdirən keçid inşa edilib:
"Bu da Ağalı kənd 360 şagird yerlik tam orta məktəb, 60 yerlik uşaq bağçası, Ailə Sağlamlıq Mərkəzi, məişət xidməti obyekti, xidmətlər mərkəzi, aptek, bazar kompleksi və s. qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək".(index.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












