Banner

Formula 1-də hibriddən imtina edilir

Yarışma 19 Noyabr 2026 16:41
Formula 1-də hibriddən imtina edilir
WhatsApp kanalımıza abunə olun

Formula 1 yarışlarında 2014-cü ildən tətbiq edilən hibrid mühərriklər tarixə qovuşur.

Avtosfer.az xəbər verir ki, 2029-cu ildən etibarən onlar bütünlüklə ənənəvi mühərriklə əvəzlənəcək. 1,6 litrlik V6 hibrid mühərrilərindən hibrid sistem yığışdırılacaq, turbokompressor qaytarılacaq.

Qərara səbəb komandaların və azarkeşlərin narazılığıdır. Bu texnika pilotları dəfələrlə çətin vəziyyətə salıb. Batareya boşaldığı üçün onlar dəfələrlə yarışı yarımçıq tərk ediblər. 

Paralel olaraq, 2013-cü ildə yarışdan çıxarılan 2,1 litrlik V8 mühərriklər də yarış meydanına qaytarılacaq. Artıq ilk sınaqlar gələn il başlayacaq.

Vüqar

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh