Banner

"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB

Yarışma 25 Sentyabr 2026 16:26
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb.

Avtosfer.az xəbər verir ki, yarışdan sonra ilk üç yeri tutan pilotlara mükafatlar təqdim edilib.

"Rodin Motorsport"dan Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, DAMS komandasından Dino Beqanoviç üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

***16:06

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış başa çatıb.

Avtosfer.az xəbər verir ki, 29 dövrdən ibarət yarışda "Rodin Motosport" komandasının pilotu Aleks Dann birinci olub.

Onun komanda yoldaşı Martin Stenshorn ikinci, DAMS komandasının sürücüsü Dino Beqanoviç isə üçüncü yerə çıxıblar.

Qeyd edək ki, "Formula-2" üzrə ikinci əsas yarış isə sabah saat 11:00-da start götürəcək.

"Invicta Racing" komandasının sürücüsü Rafael Kamara finiş xəttini dördüncü keçərək çempionatda liderliyi ələ alıb.

O, hazırda ümumi sıralamada "Campos Racing" komandasının pilotu Nikolo Tsolovu bir xalla qabaqlayır.

***14:36

"Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışa start verilib.

Avtosfer.az xəbər verir ki, 14:15-də start götürən yarış 15:20-ə qədər davam edəcək.

"Formula-2" üzrə ikinci əsas yarış isə sabah saat 11:00-da start götürəcək.

Qeyd edək ki, əsas yarış 29 dövrə və ya 60 dəqiqə, + 1 dövrə davam edəcək.

***09:56

"Formula-2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırılıb.

Avtosfer.az xəbər verir ki, yarışın yekunlarına əsasən ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub.

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

***09:28

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.

Avtosfer.az xəbər verir ki, 45 dəqiqədən ibarət sessiyada DAMS komandasının sürücüsü Dino Beqanoviç birinci olub.

"Trident" komandasından Lorens van Hopen ikinci, "Rodion Motosport" komandasından Aleks Dann isə üçüncü yerə çıxıblar.

Qeyd edək ki, "Formula-2" üzrə əsas yarışa isə saat 14:15-də start veriləcək.

***09:00

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Avtosfer.az xəbər verir ki, 08:15-də start götürən yarış 09:05-ə qədər davam edəcək.

"Formula-2" üzrə əsas yarışa isə saat 14:15-də start veriləcək.

Qeyd edək ki, sprint yarışı 21 dövrdən və ya 45 dəqiqə+1 dövrədən ibarət olacaq

FOTO QALEREYA
Oxunub : 586
ŞƏRH YAZ
Ad

E-mail

Şərh