Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB

Yarışma 7 Oktyabr 2026 10:00
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə olun

Avtosfer.az saytı yol nişanları ilə bağlı yeni sualı təqdim edir.

manevr qaydası ilə bağlı yeni sualı təqdim edir.

Yaşayış məntəqəsində körpünün üzərində hansı avtomobil dayanma-durma qaydasını pozur?

1) Hər iki avtomobil

2) Ancaq qırmızı avtomobil

3) Ancaq ağ avtomobil

4) Heç biri

 

Doğrucavab: 2) Ancaq qırmızı avtomobil

İzah: "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinin IV hissəsinin 2-ci bəndində qeyd olunub ki, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanmaq qadağandır.

Təqdim etdiyimiz fotoda ağ rəngli avtomobilin dayandığı istiqamət 3 zolaqdan ibarət olduğu üçün körpünün üzərində dayanması qaydalar çərçivəsindədir. Lakin qırmızı rəngli avtomobilin dayandığı istiqamət 2 zolaqdan ibarət olduğundan orada dayanmaq qadağandır.

Təəssüf ki, bu suala doğru cavab verən olmadı.

Oxunub : 284
ŞƏRH YAZ
Ad

E-mail

Şərh