140 sürətlə sərnişin daşıyan avtobus - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin daşıyan bir mikroavtobusun sürət həddini aşması başqa avtomobilın sürücüsü tərəfindən lentə alınıb. Avtosfer.az bildirir ki, sürücü, yolda 110 sürət həddi müəyyən edildiyi halda, içi sərnişinlə dolu nəqliyyat vasitəsini saatda 130-140-km sürətlə idarə edir. Aiddiyyatı qurumlar isə həmin sürücünün qanunsuz fəaliyyət göstərdiyini və həmin şəxs barəsində ciddi tədbir görəcəklərini bildirib. Məlum olub ki, sürət həddini aşan sürücü hər gün qanunsuz olaraq Sumqayıtdan Bakıya sərnişin daşıyır. 50 CH 116 dövlət nömrə nişanlı Ford markalı avtomobilin sürücüsü, Əli Haqverdiyev sürət həddini aşmasının yalan oldugunu deyir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Əhməd Rüstəmov bildirir ki, bü cür mikroavtobuslara qarşı mütəmadi reydlər təşkil edilir. Onlar şəhərin müxtəlif ərazilərindən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərirlər.
Xatırladaq ki, ötən ilin mart ayında eyni yolda qanunsuz sərnişin daşıyan mikroavtobusun qəza etməsi səbəbindən 6 nəfər ölmüş, 20 nəfər də yaralanmışdı.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










