Banner

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH

Yazarlar 12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
WhatsApp kanalımıza abunə olun

Avropanın siyasi gündəmində mühüm yer tutan Avropa Siyasi Birliyinin növbəti sammiti noyabrın 12-də İrlandiyada keçiriləcək. Müxtəlif Avropa ölkələrinin dövlət və hökumət başçılarının bir araya gələcəyi görüşdə regional təhlükəsizlik, enerji təminatı, nəqliyyat bağlantıları və geosiyasi çağırışların müzakirəsi gözlənilir.

Avtosfer.az xəbər verir ki, Avropa İttifaqının üzvü olmayan Azərbaycanın da bu platformada iştirakı ölkəmizin Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələri baxımından diqqət çəkir. Bəs İrlandiya sammiti Azərbaycan üçün hansı imkanlar və diplomatik perspektivlər vəd edir?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Avtosfer.az-a açıqlamsında deyib ki, Avropa Siyasi Birliyinin İrlandiyada baş tutan sammitində proseslərə ki əsas bloq üzrə baxılır: rəqabət qabiliyyətli, təhlükəsiz Avropa və demokratik Avropa. Qeyd edilən konfrans əslində sülh yox, mübarizə əhəmiyyətlidir. Bu konfransda Avropa öz təhlükəsizliyini ön planı çəkir.

“Önəmli məsələlərdən biri də odur ki, dünən Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları nəticəsiz bitdi. Ona görə Avropanın təhlükəsizliyi dünəndən bugünə daha çox həssaslaşıb.

Azərbaycan enerji təhlükəsizliyi prizmasının Avropanın vazgeçmədiyi ölkədir və Avropa İttifaqının 10 ölkəsi Azərbaycandan qazalır. 

Rusiya ilə bu gərgin şəraitdə İrlandiyanın Baş naziri deyirdi ki, bugün Azərbaycanın iştirakı Avropanın enerji təhlükəsizliyi üçün konkret nəticələr verir. Digər tərəfdən Azərbaycan təkliflərlə konfransa qoşulur. Nəqliyyat və bağlantılar güclüdür, Orta Dəhlizdə yerləşir. Bu məsələlər çox güclü alternativlərdir.

Digər tərəfdən Qafqazdakı sülh də Avropa üçün önəmlidir. Azərbaycan Qafqazdakı sülhü bərqərar edərək Avropanın cənub-şərq tərəfində təhlükəli savaş məsələlərini aradan çıxartdı. İndi Avropa üçün bu çox önəmli məsələdir ki, Qafqazda müharibə olmasın. Çünki bunun bir zərbəsi də Avropaya dəyirdi.

Ermənistanda keçirilən 8-ci sammitə Prezident İlham Əliyevin onlayn qoşulması da vacib hadisələrdən biridir. Antonio Koşta və Ursula fon der Layenlə dövlət başçısının razılaşmasına əsasən, İrəvan samimitinin qərarlarını dəstəkləmişdi. Prezident İlham Əliyev sammitə ev sahibliyi etməsi üçün Ermənistanın namizədliyini bir şərtlə dəstəkləmişdi ki, növbəti bir samimit Bakıda keçirilsin. Bu da qəbul olundu. Avropa Siyasi Birliyinin Bakıdakı sammiti 2028-ci ilin may ayında keçiriləcək. Bu tədbirin Bakıda keçirilməsi o deməkdir ki, Azərbaycan Avropanın gündəmini quracaq. Avropa, İslam dünyası, Mərkəz Asiya və türk dünyası arasında körpü rolu məhz Azərbaycanın üzərinə düşür.

İslam Əməkdaşlqı Təşkilatının da gələn il Bakıda samimiti keçiriləcək. Bu, artıq yeni formatdır və görünən odur ki, Avropa Azərbaycansız, enerjisiz mümkün deyil. Avropanın təhlükəsizliyi isə Qafqazdakı sülhdən asılıdır”.

Səfər

Oxunub : 44
ŞƏRH YAZ
Ad

E-mail

Şərh