Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığı artıq yalnız əsas küçə və prospektlərdə deyil, ara məhəllələrdə də ciddi problemlər yaratmağa başlayıb. Tıxacdan yayınmaq və ya alternativ marşrutlardan istifadə etmək istəyən iri həcimli yük avtomobillərinin məhəllədaxili yollara daxil olması isə vəziyyəti daha da çətinləşdirir. Belə ki, ağır tonnajlı maşınlar dar küçələrdə hərəkət edərkən qaz, su, elektrik və internet xətlərinə zərər vurur. Nəticədə bütöv yaşayış massivlərinin sakinləri saatlarla kommunal xidmətlərdən məhrum olurlar.
Bəs bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? İri həcimli yük avtomobillərinin məhəllədaxili yollara girişinə məhdudiyyət qoyulması mümkündürmü?
Mövzunu şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tıxac məsələsi Bakının bütün "damarlarında" hiss olunur. Bu, elə bir xəstəlikdir ki, bir nöqtədən başlayırsa, bütün orqanizmə yayılır. Bakı da bir orqanizmdir və tıxac artıq hər yerə sirayət edib.
Onun sözlərinə görə, insanlar şəhərin mərkəzində tıxacdan qaçmaq üçün məhəllədaxili yollara üz tuturlar. Nəticədə orada da eyni vəziyyət yaranır: "Bu istiqamətdə düzgün tənzimləməyə, sistemli nizamlamaya və strateji yanaşmaya ehtiyac var. Bu yanaşmanı artıq dövlət başçısı da ortaya qoyub. Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq Dövlət Proqramı qəbul olunub və onun icrası istiqamətində müəyyən işlər görülür. Çevik reaksiya məsələsinə gəldikdə isə bugünkü addımlar sadəcə müvəqqəti həll yoludur. "Gəldik, tıxac yaranıb, bu gün bunu həll elədik, sabaha da baxarıq" yanaşması ilə nəticə almaq mümkün deyil. Problemin həllinə yönələn işlər daimi və ardıcıl aparılmalıdır. Əlbəttə bu, qısa müddətdə tam həll oluna bilməz".
İrihəcmli yük avtomobillərinin hərəkəti ilə bağlı tədbirlərə gəlincə, ekspert bildirib ki, indiyədək bu istiqamətdə lazımi addımlar atılıb: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yük maşınları şəhər mərkəzinə yalnız saat 22:00-dan sonra daxil ola bilər. Lakin bəzi tikinti və quruculuq işləri ilə əlaqədar müəyyən şirkətlərin texnikaları gündüz saatlarında da şəhərə buraxılır. Mərkəzdə bu qədər iş görüldüyü üçün onları ümumilikdə şəhərdən uzaqlaşdırmaq da mümkün olmur. Əslində, həmin tikinti işlərinin bir qismi kökündən yanlışdır. Lakin aidiyyəti qurumların buna göz yumması və ya icazə verməsi səbəbindən belə mənzərə yaranır. Təbii ki, yük avtomobili sürücülərinin əllərində rəsmi sənədləri varsa, onlar işlərini görməlidirlər. Amma gecə saatlarında məhəllələrə daxil olmaq, maşını orada gizlətmək yolverilməzdir. Bu məsələləri tənzimləmək üçün müvafiq qərar mövcuddur. Sadəcə yanaşmada da dəyişiklik etmək vacibdir"./azpolitika
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı












