16 minlik avtomobil Azərbaycana 97 minə gəlib çıxır – Gömrükdə ŞOK QİYMƏT

Dəyəri 9500 dollar olan 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri sizi şoka salacaq. Avtosfer.az xəbər verir ki, VIP Escort MMC-nin direktoru Rəşad Quliyev feysbookda paylaşdığı statusda bildirib ki, Dövlət Gömrük Komitəsinin elektron kalkulyatorunda apardığı kiçik araşdırma zamanı dəhşətli nəticə əldə olunub. Məlum olub ki, 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri 80 min 840 manata başa gəlir. Buraya aşağıdakılar daxildir:
Aksiz vergisi – 59120 manat
Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu – 6775.47 manat
Əməliyyat haqqı - 100 manat
Vəsiqə haqqı 20 manat
ƏDV 14790 manat 13 qəpik
Elektron gömrük xidmətinin göstərilməsinə görə - 30 manat
Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV – 5 manat 40 qəpik
Cəmi: 80840 manat 99 qəpik.
Rəşad Quliyev daha sonra müqayisə üçün yazıb ki, Amerikadan idxal olunan 9500 dollarlıq avtomobilin (yol xərci daxil) Almaniyada idxal gömrük rüsumu 10% + 19% əlavə dəyər vergisi =29%-dir. Bu da təxminən 2755 dollar edir.
Emin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















