204 nömrəli avtobusda özbaşınalıq - Marşrut sahibi biabırçılığa haqq qazandırır - VİDEO

Sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi avtobus sürücüləri hələ də buna məhəl qoymur. Söhbət "Koroğlu" metrostansiyasından Ramana kəndinə gedən 204 nömrəli marşrut avtobusundan gedir. Sürücü qaydaları kobud şəkildə pozur və sərnişinləri avtobusun qapısından sallaşan vəziyyətdə aparır. Belə halda hər an faciə baş verə bilər. Avtobus sürücüsü isə sanki hər şey qaydasındaymış kimi yoluna davam edir, sərt döngəli yolları sürətlə keçir.
Yoldakı sürücülərdən birinin telefonla çəkib göndərdiyi görüntüdə sərnişindaşıma qaydalarınn kobud şəkildə pozulduğu açıq-aydın görünür. Sərnişinlər özləri də günün pik saatlarında avtobusda bu mənzərənin adi hala çevrildiyini deyirlər.
Sərnişinlər həmçinin deyirlər ki, Ramanada sakinlərin sayı gündən-günə artmağına baxmayaraq, bura əlavə xətlər verilmir və sıxlığın əsas səbəblərindən bir də budur.
Problemlə bağlı 204 nömrəli marşrutun sahibkarı ilə əlaqə saxladıq. Daşıyıcı müsahibə verməkdən imtina etsə də, bu mənzərədən xəbərdar olduğunu və üstəlik, bu halın çox normal bir vəziyyət olduğunu bildirdi. O, Bakı kəndlərinə gedən marşrutların hamısında vəziyyətin eyni olduğunu bildirməklə özünə haqq qazandırmağa çalışdı.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən qayda pozuntusu ilə bağlı daşıyıcıya agentlik tərəfindən xəbərdarlıq ediləcək. Sərnişindaşıma qaydalarını bu cür pozan sürücülər isə 100 manat məbləğində pul və 4 balla cərimələnə bilərlər. O ki qaldı Ramana sakinlərinin avtobus çatışmazlığı ilə bağlı şikayətlərinə, Agentlikdən bildirildi ki, hazırda Bakı kəndlərinin marşrut xətlərinin optimallaşdırılması işləri aparılır və yaxın vaxtlarda bu problemə də aydınlıq gətiriləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












