"40 dəqiqə qan içində qalıb, telefonu verib ki, atama zəng vur..." - Qəzada ölən Lalənin SON SÖZÜ

Bakı-Sumqayıt yolundakı dəhşətli faciədə komadan ayılmayaraq dünyasını dəyişən 6-cı tələbə Lalə Nəsibzadənin anası Naibə xanım qızının ölümündən danışıb. Naibə xanımın sözlərinə görə, həyat yoldaşı Yaşar telefonu onun əlindən alıb qəza xəbərini eşidincə elə ev paltarında palto-filan geyinmədən, evdən çıxıb. "Yolda Lalənin telefonu ilə zəng edən oğlana zəng eləyib, o da deyib Masazır körpüsünün üstündədirlər. Sonra bildik oğlanın adı Bəhruzdur. O, hansısa zavodda işləyir. İşə gedəndə görüb ki, yolda qəza olub, yaralı vəziyyətdə hərə bir tərəfdə yıxılıb qalıb. Görüb ki, uzun saçlı bir qız qan içindədir. Lalə ayıq olub, telefonu koddan çıxarıb, Bəhruza uzadıb ki, atama zəng vur. Oğlan deyir, əliylə sağ tərəfini tutub, inildəyirmiş, hələ qanlı paltarlarına əlim gəlmir, açım, baxım. 40 dəqiqə orada qan içində qalıb. Tıxacdan çıxmaq mümkün olmayıb. Heç bir maşın saxlamayıb, amma ağ "Cip”də qadın sürücü saxlayıb. O da "Semaşko”da həkim olub. Məclisi yola verim, o həkimi də tapıb, minnətdarlıq eləyəcəm. Oğlan deyib, ən ağır vəziyyətdə olan bu qızdı. Lalə də ordakıların ən gənciymiş. Həmin xanım Laləni götürüb. Yoldaşım "Semaşko”nun qapısı ağzında ağ "Cip”dən saçları dağılmış bir qızın, huşsuz vəziyyətdə düşürüldüyünü görüb. Yaxınlaşıb ki, Lalədir...”.
Sfera.az
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










