65 yaşdan sonra bu maşınları sürmək qadağan edildi - YENİLİK

Milli Məclisin “Yol hərəkəti haqqında” Qanuna bu gün etdiyi dəyişikliklə ölkəmizdə sürücülük hüququ ilə bağlı bir yenilik edilmiş olacaq. Avtosfer.az-ın məlumatına görə, dəyişiklik qüvvəyə mindikdən sonra 65 yaşına çatmış şəxslər “D” və “DE” kateqoriyaları üzrə sürücülük hüququnu avtomatik olaraq itirəcəklər. Bu isə sürücülük hüququnu itirmənin indiyə qədər olmayan tam yeni bir əsasıdır.
Bu yeniliyin tətbiqi maraqlı təcrübi suallar doğuracaq. Yəqin ki, hazırda yaşı 65-i ötmüş və “D” və “DE” kateqoriyalı sürücülük hüququ olan şəxslər var. Ən maraqlısı onların bu kateqoriyalar üzrə sürücülük hüququnun taleyi ilə bağlı olacaq. Konstitusiyaya (149-cu maddə) “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan (yəni pisləşdirən) normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Deməli, hazırda yaşı 65-i ötmüş şəxslər malik olduqları “D” və “DE” kateqoriyası üzrə sürücülük hüquqlarını sürücülük vəsiqəsinin müddəti bitənədək saxlamalıdırlar. Amma həmin vəsiqənin müddəti bitdikdən sonra onların bu kateqoriyalar üzrə sürücülük hüququ uzadılmayacaq (yəni dəyişdirilən vəsiqədə “D” və “DE” kateqoriyaları göstərilməyəcək).
“D” və “DE” kateqoriyalarına malik olan və yaşı 65-ə çatmamış şəxslər isə bu yaşa çatdıqdan sonra onlara verilən yeni vəsiqədə “D” və “DE” kateqoriyası göstərilməyəcək.
Şəxs vəsiqəsini 65 yaşından qabaq dəyişdikdə və yeni vəsiqənin müddəti 65 yaşı keçəndən sonra bitməli olduqda isə yəqin ki, onun “D” və “DE” kateqoriyası üzrə sürücülük hüququnun 65 yaşadək etibarlı olduğu göstəriləcək.
Ən mübahisəli problem isə əcnəbilərlə yaşana bilər. Məsələn, 65-dən yuxarı yaşı olan və “D” və “DE” kateqoriyası olan əcnəbi avtobus sürərək Azərbaycana gəlir. Belə çıxır ki, həmin şəxs avtobusu idarə etməklə Azərbaycana buraxılmayacaq. Ölkə ərazisində avtobusu idarə edərkən saxlandıqda isə o, sürücülük hüququ olmayan şəxs kimi məsuliyyətə cəlb olunacaq.
Ərşad Hüseynov,
hüquqşünas
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










