"Allah haqqı bir bakal içmişəm, sərxoş deyiləm" deyən sürücülər diqqətlə oxusun - VİDEO

Yol polisi sürücülərə dəfələrlə xəbərdarlıq edir ki, spirtli içki qəbul edib sükan arxasına keçməyin. Amma təəssüflər olsun ki, buna məhəl qoymayan sürücülər hələ də var. Əbəs yerə bu mövzuya toxunmamışıq. Bir çox hallarda sərxoş sürücülərlə yol polisi arasında mübahisələr düşür. Sürücü deyir ''az içmişəm'', yol polisi isə sürücüyə sərxoş olduğunu bildirərək cərimə yazır. Bəs əslində sürücünün sərxoşluğu necə ölçülməlidir? Və ya axşam araq içən sürücü səhər sərxoş ola bilərmi? Suallarımıza həkim narkoloq cavab verib.
Biri az içdiyini, digəri isə sadəcə pivə içdiyini deyir. Sürücülərlə yol polisi arasında belə mübahisələr demək olar ki, bütün reydlərdə adət halını alıb. Sürücülər bu sözlərlə yol polisinə sərxoş olmadıqlarını deyərək məsuliyyətdən azad olmaq istəyirlər. Amma əslində bu, belə deyil. Alkoqol Səxroşluğunu Təyin Etmə Məntəqəsinin həkim-narkoloqu Nadir Rzayev deyir ki, sərxoşluğu müayinə edilən hər bir sürücü ''alkotestrin'' göstəricilərinə baxmalıdır. Yəni bir bakal pivə belə testırda sürücünü sərxoş kimi göstərə bilər. Bu, onun içdiyi spirtin dozasından asılıdır.
Bəzi hallarda isə sürücülər yol polisi ilə mübahisə edirlər ki, onlar spirtli içkini axşam qəbul ediblər. Amma yol polisi sürücüdən spirtli içki iyi gəldiyini deyərək onu cərimələyir. Bəs belə olduqda necə? Axşam spitrli içki qəbul edən sürücü səhər saatlarında sərxoş ola bilərmi?.
Narkoloqun sözlərinə görə, 100 qram arağın tərkibində təxminən 40 qram spirt olur. Onu da qəbul edən şəxsin qanından təxminən 4 saatdan sonra spirt çəkilir.
Ancaq istənilən halda sərxoş vəziyyətdə sükan arxasına keçməyin ki, yol polisi ilə belə mübahisələr yaşamayasınız. Dünya təcrübəsi də göstərir ki, ən ağır və ya bir neçə nəfərin ölümü ilə nəticələnən qəzaların çoxu spirtli içkinin təsiri altında olan sürücülərin üzündən baş verir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












