At uşağı bədbəxt etdi - at sahibi məsuliyyət daşıyırmı? - VİDEO

Oğuz rayon sakini İntiqam Əzizov 2 il əvvəl oğlu ilə bərabər at almaq üçün qonşu kəndə üz tutur. Atın sahibi evdə olmasa da digər ailə üzvləri atı alıcıya göstəriblər. Bu vaxt bədbəxt hadisə baş verib və at 8 yaşlı uşağı təpikləyib. Hadisə nəticəsində uşağın dalağı partlayıb və ciddi beyin travması alıb. Uşağı müalicə etdirmək üçün isə ailənin maddi vəziyyəti çatmadığından ailə atın sahibindən müalicə xərclərini tələb edir. Ailə atın xasiyyəti haqqında məlumat verilmədiyi üçün sahibini günahkar hesab edir. Atın sahibi Nadir Məmmədxanov isə hadisə baş verən vaxtı evdə olmadığını və faktiki olaraq bədbəxt hadisənin qarşısını ala bilmədiyini deyir.
Hüquqşünas Xəyal Bəşirli deyir ki, ev heyvanları ilə ehtiyatsız davranma nəticəsində yüngül xəsarət dəyəndə inzibati xətalar məcəlləsinə əsasən 800-1000 manat cərimə tətbiq olunur. qeyd olunan vəziyyət isə ağır xəsarətlə nəticələndiyindən hər iki tərəfə cinayət işi açıla bilər. Başqa sözlə, valideyn yetkinlik yaşına çatmayan uşağı ata yaxın buraxdığına, at sahibi isə ailə üzvlərinin alıcıya məlumat verməməsinə görə məsuliyyət daşıyır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












