Avtobus qəza törətdi, yol polisləri yaxın gəlmədi – Bakıda - VİDEO

Bakıda intizamsızlıq edən avtobus sürücüsünün və ona göz yuman YPX əməkdaşlarının görüntüləri Avtosfer.az-ın əməkdaşının kamerasına düşüb. Əməkdaşımız sentyabrın 3-də idarə etdiyi avtomobillə Moskva prospektində (Şamaxinkada) sol zolaqla hərəkətdə olan zaman sağ zolaqdan sol zolağa düzgün yerdəyişmə etməyən 10-TH-015 qeydiyyat nişanlı marşrut avtobusu ilə toqquşub. Həmin ərazidə xidmət aparan YPX inspektorlarına yaxınlaşan əməkdaşımız avtobus sürücüsünün saxladılmasını xahiş edib. Bundan sonra polis zabiti avtobus sürücüsünə “saxla” əmri verib. Lakin sürücüyə heç kim yaxınlaşmayıb. Polisin bu cür xoşagəlməz əməlindən sui-istifadə edən avtobus sürücüsü isə hadisə yerini tərk edərək ərazidən uzaqlaşıb.
Daha sonra əməkdaşımız polislərə yaxınlaşaraq avtobus sürücüsünün qaçdığını bildirəndə polislər "başımız içkili sürücüyə qarışıb" deyərək onu yola veriblər.
Qeyd edək ki, həmin ərazidə həm 99-YP-350, həm də 99-YP-352 qeydiyyat nişanlı patrul avtomobilləri və hər avtomobildə iki ekipaj olmaqla xidmət aparırdılar. Sual yaranır ki, dörd inspektordan biri avtobus sürücüsünə yaxınlaşa bilməzdi? Və ya, avtobus sürücüsü barədə həm hadisə yerini tərk etdiyinə görə, həm də polisin qanuni tələbini yerinə yetirmədiyinə görə inspektorlar raport tərtib edə bilməzdi?
Axı bu cür intizamsız, yollarda qəza törədən avtobus sürücülərinə belə yanaşanda onlar daha da azğınlaşırlar.
Təbriz Yusubov
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












