Avtobus sürücüləri qayda pozuntusuna haqq qazandırır - VİDEO

Sərnişin avtobusu qapısı açıq şəkildə hərəkət edir. Avtobus dolu olduğu üçün sərnişinlərdən biri qapıdan sallaşaraq getmək məcburiyyətində qalıb. Bu görüntüləri izləyicilərdən biri göndərib. Xəzər rayonu Binə qəsəbəsi ərazisində çəkilən kadrlar avtobus sürücüsünün məsuliyyətsizliyini göstərir. Məsələni araşdırmaq üçün biz də həmin əraziyə getdik. Aydın oldu ki, həmin görüntülərdə qaydaları pozan Şüvəlan qəsəbəsindən Binə istiqamətinə hərəkət edən 146 saylı avtobusun sürücüsüdür. Avtobus sürücülərinin dediklərinə görə, bu cür sərnişin sıxlığı xüsusən günün pik saatlarında qeydə alınır. Onlar iddia edirlər ki, sürücüləri qayda pozmağa elə sərnişinlər məcbur edirlər.
146 saylı avtobusların kalon rəisi Teymur Qasımov isə dedi ki, görüntülər əsasında qaydaları pozan həmin sürücü müəyyən ediləcək və cəzalandırılacaq. O, həmçinin pik saatlarda belə problemlərin yaşanmaması üçün intervalın daha da qısaldılacağını da bildirdi.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin marşrut xəttinin sahibkarı agentliyə dəvət olunacaq və fakt ilə bağlı lazımi tədbir görülşəcək.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










