Avtobus sürücüləri yol nişanlarına məhəl qoymurlar - VİDEO

Yol nişanı yalnız düz və sağa hərəkət etməyə icazə versə də avtobus sürücüləri buna məhəl qoymur. Avtobusların geriyə və sağa da dönməsi yoldakı intensiv hərəkətə də mane olur, qəza şəraitinə də səbəb olur. Görüntülər paytaxtın Nəsimi rayon ərazisində Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsindəndir. Bu ərazidə mütəmadi baş verən qayda pozuntusu digər sürücülər üçün çətinlik yaradır. Ərazidən keçən maşurut avtobuslarının sürücüləri isə deyir ki, bir az irəlidə onların dönməsi üçün ayrılan ərazi minik maşınlarının sürücüləri tərəfindən zəbt edildiyi və yol dar olduğu üçün ordan dönə bilmirlər.
Bakı Nəqliyyat Agentlyinin sözçüsü Nuridə Allayarova deyir ki, maşurut avtobuslarının yolu razılaşdırılaraq təyin edilib. Sürücülərin qayda pozuntusunun aşkarlanması isə yol polisinin məsuliyyətidir.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirdi ki, əraziyə baxış keçiriləcək və lazım olsa tədbir görüləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












