Avtobus sürücüsü azyaşlıdan gediş haqqı tələb etdi - VİDEO

Bakıda avtobus sürücüsü sərnişinlə gediş haqqı üstündə mübahisə edib. Avtosfer.az xəbər verir ki, görüntülər Bakıda, 2 saylı ''Baku-Bus'' avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib. Kadrlardan belə aydın olur ki, qadın öz gediş haqqını verib. Amma yanındakı uşağın ödənişini etməyib. O, sürücüyə izah etmək istəyir ki, azyaşlıların ictimai nəqliyyatdan istifadəsi pulsuzdur. Sürücü isə israr edir ki, uşağın gediş haqqı ödənilməlidir.
Görüntüləri göndərən hadisə şahidinin sözlərinə görə, sürücü avtobusu idarə etməyib ki, qadın ödəniş etsin. 5-6 dəqiqəlik mübahisədən sonra qadın uşağın ödənişini edib. Bundan sonra sürücü hərəkətə davam edib.
Məsələ avtobusda neçə yaşına qədər uşaqların pulsuz gedişi məsələsini aktuallaşdırır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hələ 2009-cu ildə Nazirlər Kobinetinin 141 saylı qərarında da var ki, 5 yaşına qədər uşaqlarda gediş haqqı pulsuz olmalıdır.
Bu görüntülərdəki problemli məqam isə sürücünün avtobusu saxlayıb qadın sərnişinlə mübahisə etməsidir. Çünki o, bu hərəkəti ilə digər sərnişinləri gedəcəkləri ünvana ləngidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, sərnişin avtobusunda ödəniş etmədən getməyə görə 5 manat cərimə edilə bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












