Avtobuslarda hardan tutaq? - BNA-dən açıqlama

Şəhərətrafı marşrut xətlərində hərəkət edən avtobuslarla bağlı redaksiyamıza tez-tez şikayət daxil olur. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə sakinlər 131 nömrəli marşrut avtobuslarının içində tutacaqların olmamasından gileylənir:
“Oturacaqlar üzləndiyi üçün kənarlarında tutmaq üçün yer qalmayıb. Başqa bir tutacaq olmadığı üçün də uşaqlar, elə böyüklərin özləri də avtobus hərəkətdə olarkən tez-tez büdrəyir və yıxılır”.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxladıq.
O bildirib ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən avtobusların daxili tərtibatı ilə bağlı qanunvericilikdən irəli gələn tələblər var və bu tələblərlə bağlı daşıyıcı şirkətlərər dəfələrlə xəbərdarlıq edilib: “Əsas problem ondan ibarətdir ki, bugünkü gündə daşıyıcı şirkətlərin çoxunun yeni avtobus almaq üçün maddi imkanı yoxdur. Həmin daşıyıcılara da müəyyən müddətlik vaxt verilib ki, heç olmasa avtobusların daxilində lazımı tələblər yerinə yetirilsin. Sərnişinlərin təhlükəsizliyi baxımından heç kimə güzəşt edə bilmərik. Tapşırıq verilib ki, qısa zamanda ya yeni avtobuslar gətirilsin, ya da mövcud avtobuslarda tutacaqlar qoyulsun, oturacaqlar üzlənsin. Bu kimi hallarla bağlı həm sosial şəbəkələrdə, həm də “141” qaynar xəttinə şikayətlər daxil olur. Biz də çalışırıq ki, qısa müddətdə həll edək. Sizin dediyiniz 131 nömrəli marşrut avtobusunun daşıyıcı şirkəti ilə də əlaqə saxlayıb, problemi həll etməyə çalışacağıq”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












