Avtobuslarda reklamlar: məsuliyyətsizlik təhlükəyə yol açır - VİDEO

Avtobusun arxa hissəsi müxtəlif məhsulları və xidmətləri reklam edən lövhələrlə örtülüb. Nəqliyyat vasitələrinin arxa hissəsinə reklam yerləşdirmək qadağan edilsə də, bəzi marşrut avtobuslarında buna əməl edilmir. Bu il fevralın 18-də Nazirlər Kabineti tərəfindən "Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları" təsdiq edilib. Lakin 20, 40 və 96 saylı xətt üzrə hərəkət edən marşrut avtobuslarında bu qaydalara əməl olunmur. Həmin avtobusların arxa hissəsi tamamilə reklam lövhələrinə bürünüb.
Xəyal Bəşirovun sözlərinə görə, nəqliyyat vasitələrinin arxa hissəsinə reklam yerləşdirən şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər.
Məsələyə marşrut xətlərinin rəsmilərinin də münasibətini öyrəndik. Onlardan bəziləri avtobusların sayının çoxluğunu nəzərə alaraq hissə - hissə reklamların sökülüb maşınların yenidən boyandığını dedilər. Bir qisim xətt sahibi isə bildirdi ki, onlara bu barədə xəbərdarlıq olunub, lakin reklamı verən şirkətlə bağladıqları müqavilənin vaxtının bitməsini gözləyirlər. Yaxın günlərdə həmin lövhələr söküləcək.
Ekspertlər deyir ki, istənilən halda heç bir reklam müqaviləsi qanundan üstün ola bilməz. Yəni reklam qadağa qüvvəyə mindyi gündən sökülməlidir. Reklam müqaviləsinə isə tərəflər öz aralarındakı razılaşma ilə xitam verə bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












