Avtobusların ünvan lövhələrinə reklam yerləşdirilir? - VİDEO

Sərnişin daşıma ilə məşğul olan marşrut avtobuslarının üzərində məlumat lövhələrindəki ünvanlar qeyri-peşakar seçilir. Bu lövhələrin əksərində ya restoranların, ya da hansısa ticarət mərkəzlərinin adları qeyd edilir. Halbuki bu sözügedən müəsisələrin reklamıdır. İş burasındadır ki, bununla bağlı qanunvericilikdə konkret tələb qoyulmayıb.
Birində hansısa bir restoran, başqa birində isə ticarət mərkəzinin adı qeyd edilib. Söhbət icitimai nəqliyyatda fəaliyyət göstərən avtobusların üzrəindəki getdiyi istiqaməti göstərən ünvan lövhələrindən gedir. Ünvan lövhələrinin bir çoxunda rəsmi idarə və küçələrin yerinə ya şadlıq evlərinin, ya da marketlərin adları qeyd edilir.
İş burasındadır ki hətta elə ünvanlarda qeyd edilir ki, həmin müəssisə hazırda yoxdur yaxud adı dəyişdirilib. Daşıyıcı şirkətlər bildirirlər ki, özəl müəssisələrin adlarının qeyd edilməsinin səbəbi həmin ünvanların daha çox bu adlarla tanınmasıdır.
Ekspertlər qanunvericilikdə bu lövhələrdə hansı ünvanların qeyd edilməli olduğuna dair hər hansı nüansın olmadığını bildirirlər. Onların fikirincə ünvan lövhələrində bu cür kommersiya məqsədli reklamların əvəzinə milli tarixi məkanların adları qeyd edilsə daha yaxşı olar. Əksər böyük şəhərlərin praktikasında da məhz küçələr tarixi məkanlar abidələr yaxud dövlət qurumlarının adları gtöstərilir.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, tələblərə əsasən hər bir avtobusun qarşısında və yan tərəfində marşurut xətti ilə bağlı məlumat lövhələri olmalıdır. Bu lövhələrdə marşurut xəttinin başlanğıc və son nöqtələri mütləq göstərilməlidir. O ki qaldı marşurut boyunca yerlşəşən özəl müəssisələrin adlarının qeyd edilməsinə, qurum bildirir ki, əgər həmin müəsisələr əksər insan tərəfindən tanınırsa, onların adlarının qeyd olunmasında heç bir problem yoxdur.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










