Avtomobil bazarı böhrandan çıxa bilmir

Gürcüstanın avtomobil bazarında böhran davam edir. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə "Bizzone" portalı yazır. Portalın sorğu keçirdiyi şirkətlərin rəsmiləri bildirir ki, Azərbaycanda "Avro-4" ekoloji standartının tətbiqi Gürcüstanın avtomobil ixracına ciddi zərbə vurub. Qazaxıstan və Ermənistanın Avrasiya İttifaqına daxil olması isə vəziyyəti daha da kritik həddə çatdırıb.
Statistikaya əsasən, 2015-ci ildə Gürcüstandan 179,6 mln. dollar məbləğində avtomobil ixrac olunub. Halbuki, 2014-cü ildə bu göstərici 571,7 mln. dollar təşkil edib. Cari ilin yanvar-sentyabr ayları ərzində ixracın həcmi 120,9 mln. dollara enib.
"Robani motors" şirkətinin rəhbəri Elquca Camaqidze bildirib ki, indiki durumu nəzərə alaraq Gürcüstan İran və Pakistana avtomobil ixrac etməyi planlaşdırır. "Bu, olduqca çətin məsələdir və birbaşa ölkələrin rəhbərliyi səviyyəsində həll olunmalıdır. Avtomobil bazarındakı durğunluq 1 ildən çoxdur davam edir. Biz hazırda İrana avtomobil ixrac edirik, lakin vəziyyət ciddi şəkildə dəyişmir. Başqa bazarlara isə çıxışımız yoxdur. Təkrar ixracın dövlətin dəstəyinə ehtiyacı var", - deyə o bildirib.
"Caucasus Business Group" şirkətinin rəhbəri Georgi Surquladze də bildirib ki, vəziyyət ürəkaçan deyil: "Azərbaycan öz qanunvericiliyinə dəyişiklik etdikdən sonra yeni vəziyyətə uyğunlaşa bilməyən Gürcüstan təkrar ixrac funksiyası itirdi. Yeni bazarlara çıxmaqda isə problemlərlə üzləşirik".
Nəqliyyat və Yollar Assosiasiyasının rəhbəri David Mesxişvili qeyd edib ki, yaxın gələcəkdə avtomobillərə tələbat daha da azalacaq: "Söhbət yalnız ixracdan yox, həm də daxili bazardan gedir. Çünki sükanı sağda olan avtomobillərin istismarı qadağan olunacaq. Bu cür avtomobillər sükanı solda olanlardan daha ucuzdur. Müvafiq olaraq, bu gün nisbətən ucuz və Yaponiya istehsalı olan avtomobillərə maraq göstərənlər bahalı Avropa və ABŞ istehsalı olan maşınları ala bilməyəcək. Böyük ehtimalla, bu qadağadan sonra sükanı solda olan avtomobillərin qiyməti 20-25% artacaq".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










