Avtomobildə ideal qapı səsi necə olmalıdır? - Sürücülərin "yaralı yeri"

Yazarlar 27 Mart 2017 21:38 Oxunub 3481
Avtomobildə ideal qapı səsi necə olmalıdır? - Sürücülərin "yaralı yeri"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil sahiblərinin ən diqqət etdiyi səslərin başında qapı bağlanma səsi gəlir

Avtomobildə səyahət edərkən bir çoxlarımızı əlavə səslər narahat edir. Hətta çox zaman biz öz avtomobillərimizi “bezşumka” etdiririk. Lakin keyfiyyətə önəm verən markalar bu işləri avtomobil zavoddan çıxan zaman görür.  Elə hər bir avtomobil şirkətində çalışan akustik mühəndislərinin işi də, qapı səsindən avtomatik şüşə səsinə qədər bir çox nöqtədə doğru səsi tutmaqdır.

Bu mühəbdslərin işi sürücü və sərnişinlərin rahat bir səfər etmələri üçün qapı səsindən, motor səsinə hətta siləcək səsinə qədər detalları araşdırır.

Sürücü və sərnişinlərin, mühərrikdən, şüşə siləcəyindən, siqnal lampalarından, qapı açılma və bağlanmalarına qədər duyduğu bütün səsləri analiz edilir. Qulağa xoş gəlməyən səsləri aradan qaldırılır.

İdeal qapı səsi necə olmalıdır?

Mühəndislərə görə, məsələn, avtomobil sahiblərinin ən diqqət etdiyi səslərin başında qapı bağlanma səsi gəlir. İdeal bir qapı bağlanma səsi yumşaq bir örtülmədən sonra qapının möhkəm bağlandığı hissi verən bir səsdən olmalıdır. Səs və eşitmə duyğusu hər nə qədər insandan insana dəyişsə də, mühəndislər analizlərində kompüter sistemlərini istifadə edir.

Səs necə ölçülür?

Hər iki qulağına yerləşdirilmiş bir mikrofon olan bir manken, avtomobilin içinə oturdulur. İnsan qulağının bütün funksiyalarına sahib bu mikrofonlar, avtomobilin içindəki səsləri yazır. Sonrasında səslər, xüsusi izolyasiya otaqlarda istirahət, müxtəlif sistemlər ilə analiz edilir. İnsan qulağını narahat edəcək nöqtələr üçün izolyasiya və yenidən dizayn kimi yaxşılaşdırma prosesləri başladılır.

 

Orxan 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh