Avtomobili mühərriki işlək vəziyyətda park edənlərə - ekspertdən xəbərdarlıq

"İsti yay günlərində bəziləri avtomobilin kondisioneri işləsin deyə mühərriki işlək vəziyyətda avtomobili park edirlər. Hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu həm qanunsuzdur, həm də çox təhlükəlidir. Qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir. Təhlükəli olduğuna görə. Çünki hər şey ola bilər." Avtosfer.az xəbər verir ki, bu sözləri yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov öz "Facebook" hesabında yazıb. Ekspert bildirir ki, belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır. "Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər. İstehsalçı zavodların əksər avtomobillərə mühərriki işləyən avtomobilin qapılarını bayırdan kilidləmək funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli elektrik sisteminə müdaxil edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur.
Ekoloji ziyan da göz qabağındadır. Dayanan avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılar tədricən zəhərlənir, avtomobilin özündə olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə tez-tez belə hallar (bir qədər qapalı yerlərdə olsa da) baş verir. Belə halda avtomobilə texniki zərər də dəyir və s... Nə isə... Yekəxanalıq etməyin, özünüzə və ətrafdakılara hörmət və qayğı ilə yanaşın."
Orxan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












