Avtomobillər niyə yanır?

Son günlər avtomobillərin yanma halları artıb. Növbəti belə hadisə ötən gün Bakının Xətai rayonunda baş verib. Belə ki, “Hyundai” markalı avtomobil yol kənarındakı maneəyə çırpılandan sonra yanmağa başlayıb. Yanğın söndürülsə də, maşına ciddi ziyan dəyib, “Hyundai Accent” yararsız hala düşüb.
Ümumiyyətlə, son zamanlar avtomobillərin anidən alışıb-yanması halları tez-tez baş verir. Bu hal təkcə Azərbaycanda yox, xarici ölkələrdə də baş verir. Əsasən, Koreya istehsalı olan “Hyundai”, “KİA”, “Geely” markalı avtomobillərin alışması hadisəsi daha çox qeydə alınır. Nəqliyyat vasitəsinin yanması onun sahibi üçün böyük yükdür. Əgər adi qəzada avtomobili təmir etdirmək mümkündürsə, yanmış maşınlarda bu, mümkün deyil. Avtomobili zibilxanaya atmaqdan başqa çarə qalmır. Yanmış avtomobilin ehtiyat hissələrinin satışı da mümkün olmur, onu, sadəcə, “metalloma” vermək olar.
Bəs avtomobillər nədən alışır?
Avtosfer.az xəbər verir ki, avtomobil ustaları oxu.az-a bildirir ki, maşında bir neçə səbəbdən yanğın baş verə bilər. Mühərrikdə elektrik naqillərində nasazlıq yaranması əsas səbəblərdəndir:
“Bəzi avtomobillərdə elektrik naqilləri kustar üsulla izolyasiya edilir. Yəni elektrik naqillərində zəif izolyasiya, yaxud yüksək davamlılığı olmayan materialdan istifadə edilir. Nəticədə gərginlik çox olan elektrik naqillərində yanğın baş verir. Nadir hallarda mühərrikdə alışma elektrik paylayıcı cihazların nasazlığından meydana gəlir. Bu da daha çox Koreya istehsalı olan avtomobillərdə müşahidə edilir”.
Mütəxəssislər sürücülərə elektrik cihazlarına mümkün qədər az müdaxilə etməyi və yalnız zavodun tövsiyəsinə uyğun olan işıq cihazlarını quraşdırmağı tövsiyə edir. “Avtomobildə yağ sızıntılarının olmamasına diqqət yetirmək lazımdır. Axmış yağ elektrik, yaxud cilovlanmış hissələrə toxuna, meydana çıxan yanğın böyük maddi itkiyə səbəb ola bilər”.
Ekspertlərin sözlərinə görə, avtomobillərdə əlavə olaraq əyləc sistemi də yoxlanılmalıdır, çünki burada baş verən qızmalar da yanğına səbəb ola bilər. “Bəzən “Hyundai” markalı avtomobillərdə keyfiyyətsiz məhsullardan istifadə olunur. Bunun nəticəsində avtomobildə hansısa cihazlar saz işləmir, bu da alışmaya və qəzaya səbəb olur”.
Maşın ustaları qeyd edirlər ki, hərəkətsiz halda mühərriki uzun müddət işləyən avtomobil alışmaya meyillidir.
“İstehsalçılar avtomobillərə işlək halda olan avtomobilin qapılarını bayırdan kilidləmək funksiyası qoymurlar. Bu, məhz alışma təhlükəsizliy üçündür. Kimin avtomobilində belə funksiya varsa, deməli, elektrik sisteminə müdaxilə edilib. Elektrik sisteminə müdaxilə edilən avtomobil isə çox asanlıqla yanmağa məhkumdur”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










