Avtomobillər tapıldı, qaçıranlar tutuldular – 8 nəfər

Ötən gün respublikanın ərazi polis orqanları tərəfindən qeydə alınan avtomobil qaçırmaları faktları “isti izlər”lə açılıb və bu əməlləri törədənlər məsuliyyətə cəlb ediliblər. Noyabrın 14-də saat 2.00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndindən kənd sakini Mikayıl Nəsirova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 4.00 radələrində tapılıb və onu qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakinləri Fərid Məmmədzadə, Rəşadət Fəttahov və əvvəllər məhkum olunmuş Ağalar Səfərov tutulublar.
Noyabrın 14-də saat 7.00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndindən kənd sakini Rövşən Mehdiyevə məxsus “QAZ-31029” avtomobilin qaçırılması barədə RPŞ-yə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Qaçırılan maşının Qax rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilib. Zaqatala və Qax RPŞ-lərin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Qax rayonunun Əmircan kəndi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Zaqatala şəhər sakini Rüstəm Əlizadə tutulub.
Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 13-də Bakı şəhər sakini Namiq Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri olan 3 yeniyetmə saxlanılıb.
Noyabrın 12-də Bakı şəhər sakini Vüsal Rəhimova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus “Ford” markalı avtomobili qaçırması da müəyyən edilib.
Göstərilən faktlarla bağlı müvafiq araşdırmalar aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












