Avtomobillərin üzərindəki dini yazılar bizi qoruyurmu? "Ya Əli", "Ya Hüseyn"...

Bəzi insanlar qəzadan qorunmaq üçün avtombillərinin üzərinə “Ya Əli”, “Ya Hüseyn” və s. kimi dini şəxsiyyətlərin adlarını yazıdırır, yaxud da şəkillərini asırlar. Onlar hesab edir ki, bunu edən zaman avtomobil qəzaya uğramır, qəzaya uğrasa da, avtombil sahibinə heç nə olmur. Bir növ müdafiə vasitəsi kimi. Maraqlıdır, bu barədə dindarlarımız nə düşünür?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı metbuat.az-a çıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu, başqa dinlərdə olan inancların islam dinində qorunub saxlanılmasıdır:
“Birinci növbədə, Quran da heç insanı qorumur. Quran insanlara haqqı göstərmək üçün göndərilib. Peyğəmbərdən sonra bəziləri bədənlərinə quran səhifələrinin kağızlarını gəzdirməyə başaldılar. Yaxud da, harasa asdılar. Onlar bunu etməklə, özlərini qoruduqlarını deyirdilər. Amma bunlar yalandır. Belə bir şey heç bir şəkildə doğru deyil. Peyğəmbər nə belə hərəkət edib, nə də başqalarına belə hərəkət etməyi məsləhət görüb. Bu gün təəssüflər olsun ki, Allah sözü ilə yanaşı, Məhəmməd, Əbu Bəkr, Əli, Həsən, Hüseyn və s. adların yazılması yalnış təzahürlərin nəticəsidir. Dinimizdə belə bir anlayış yoxdur”.
İlahiyyatçı Elşən Sultanzadə Metbuat.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, bunun İslama yaxından-uzaqdan heç bir dəxli yoxdur: “Bu, Məhəmməd Peyğəmbərin (s.ə.s) müşriklərinin qalıqlarıdır. O yazıların hamısı Allaha şərik qoşmağın yazılı metodlarıdır. Bizdə İslam dinindən əsər-əlamət qalmadığı üçün başımızın üstündə yazılan yazıların bizi qoruduğunu düşünürük. Bunların heç biri Məhəmməd Peyğəmbərin dini ilə əlaqə olan bir şey deyil. İnsan ən kritik məqamda Allahı çağırmaldır. Əgər Allah yerinə başqa bir dini şəxsiyyət çağırılarsa, bu, qeyd etdiyim kimi Allaha şərik qoşmaq deməkdir. Zümər sürəsinin 65-ci ayəsinə görə, bu, ən böyük günahdır. Allah bunu özünə nifrət kimi qəbul edir. Bizim millət Qurani-Kərimi oxumadığı üçün belə şeyləri bilmir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












