Avtoqəza zamanı əsla bunu etməyin – Əlavə məsuliyyət yaradır

Bəzən yol-nəqliyyat hadisəsi baş verərkən sürücü zərərçəkəni hadisə yerində qoyub qaçır. Belə olan təqdirdə, nəqliyyat vasitəsinin idarə edən şəxs haqlı vəziyyətdə olsa belə, haqsız duruma düşür.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, bu addım hadisəni törətmiş şəxslə bağlı cinayət məsuliyyəti zamanı ağırlaşdırıcı hal kimi dəyərləndirilir:
“Cinayət Məcəlləsində hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər fəsli var. Həmin fəsilə aid olan maddələrdən biri də 263-cü maddə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq və 264-cü maddə, yəni yol-nəqliyyat hadisəsi yerindən qaçmaqdır.
Əgər nəqliyyat vasitəsini idarə edən vətəndaş qəza zaman hadisə yerindən qaçarsa, yəni zərər vurduğu şəxsə kömək göstərmədən hadisə yerini tərk edərsə, cinayət məsuliyyətinə cəlb olunduğu zaman, həm də məhkəmə hökmü çıxarılarkən bu, ağırlaşdırıcı hal kimi dəyərləndirilir. Düşünürəm ki, bu tamamilə doğru yanaşmadır”.
Hüquqşünas qeyd edib ki, zərərçəkən şəxsin xəstəxanaya çatdırılması sürücü üçün yüngülləşdirici haldır:
“Əgər sürücü hadisə törətdiyi zaman xəsarət alan vətəndaşı xəstəxanaya apararsa, təbii ki, bu, həmin sürücü üçün cəza tətbiqi zamanı yüngülləşdirici hal kimi qəbul olunur. Digər hal ondan ibarətdir ki, əgər istintaq nəticəsində hər iki tərəf barışarsa, hadisəni törədən şəxs cinayət məsuliyyətindən azad olunur və materiallar məhkəməyə getmədən xətm edilir. Bu, cinayət qanunvericiliyinin tələblərindən biridir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












