“Avtoş”luq etdi, videosunu çəkib yaydı – Söydülər - VİDEO

Avtoxuliqanlıq bir azardır və MDB məkanında, habelə Rusiyada, bir qədər də Türkiyədə geniş yayılıb. Azərbaycanda bir zamanlar “avtoş”ların əl-ayağı xeyli uzansa da, son illər onların kökü demək olar ki, kəsilib. Ara-sıra meydana atılan “avtoş”lara isə elə cəzalar verilir ki, bir neçə il özlərinə gələ bilmirlər.
Avtosfer.az-ın təqdim etdiyi bu video illər öncə Gürcüstanda çəkilib də Georgi adlı “avtoş”a məxsus olduğu bildirilir. Öz “qəhrəmanlığını” lentə alan “avtoş” bunu sosial şəbəkələrdə yayıb və təhqir edilib. Bəziləri bu görüntülərdən həvəslənsə də, nifrətlə qarşılayanlar daha çoxdur. Məsələn, videonun şərh bölməsini nəzərdən keçirsəniz görəcəksiniz ki, belə hərəkətlər qınaq obyektinə çevrilir. Azərbaycanda isə belələrində “bacarana can qurban”, “sürə bilir sürür də”, “burda nə varkı, mən ondan yaxşı sürürəm”, “belə şeyləri yayıb işverənlik etməyin” kimi sərsəm fikirlər yazırlar. Bütün bunlar cəmiyyətin bir qisminin şüur və inkişaf səviyyəsini göstərən detallardır. Şüursuz təbəqə belə şeyləri hər zaman dəstəkləyir, sevir. Şüurlu, daha dəqiq desək, belə sürücünün gələcəkdə cəmiyyət üçün təhlükə olacağını dərk edən kütlə isə bəri başdan sərt mövqedən çıxış edib pisləyir.
Videonu izləyib əsl avtoxuliqanlıq əmələni və bunun nə qədər təhlükəki olduğunu görəcəksiniz. Burada təhlükəli manevr, qarşı yola çıxmaq, sağ-sol etmək kimi riskli hərəkətlər yer alır. Təkrar etmək məsləhət deyil...
P.S. Həmin sürücü yol qəzasında ölüb.
Elmin
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










