Avtovağzalda gizli "kassir-sürücü işbirliyi"

Bakı Beynəlxalq Avtovağzalında avtobus sürücülərinin kassalardan topa ilə bilet "sifariş edib" sonra sərnişinləri özü istəyidi kimi yerləşdirərək onlara qiyməti də istədiyi kimi diktə etməsi hallarının qarşısını almaq hələ də mümkün olmayıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı milli.az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı da bildirib ki, görülən tədbirlərə baxmayaraq, belə neqativ hallara hələ də rast gəlinir ki, bunun da müxtəlif səbəbləri var:

"Avtovağzalın öz sürücüləri ilə yanaşı, sifarişlə, müqavilə əsasında işləyən sürücülər də var. Onlar da sərnişinləri avtovağzal ərazisindən yığıb daşıyırlar. Öz sürücülərimizi hansısa nöqsanlara, qanun pozuntularına görə töhmət vermək, cəzalandırmaq rahatdır. Artıq qeyd etmişik ki, bir neçə sürücü vəzifəsindən kənarlaşdırılıb. Elə kassada işləyənlərə də qarşı eyni tədbirlər görülür. Xüsusilə də kimsə kassa işçisi ilə əlbir olursa, buna da maksimum nəzarət etməyə çalışırıq. Elə son bir ayda bir kassada nə qədər adam dəyişib. Amma yenə də, hələ ki, neqativ halların qarşısını tam almaq, "kassir-sürücü işbirliyi"nə qəti son qoymaq mümkün olmur. Amma buna baxmayaraq, biz yaxın gələcəkdə bu halların tamamilə sıfıra enməsi məqsədilə müvafiq addımların atılmasına nail olmağa çalışacağıq".

Bununla yanaşı şöbə müdiri qeyd edib ki, hər halda bu vaxta qədər görülən tədbirlərin müəyyən qədər müsbət təsiri var: "Belə ki, əvvəlllər heç kim kassalardan bilet almırdı. Amma son zamanlar, təkcə bir il ərzində vəziyyət çox dəyişib və bilet alanların sayı xeyli artıb. Deməli, sərnişinlərin özlərindən də çox şey asılıdır".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










