Reklam

Avtovağzallarda bilet satışı niyə dayandırılıb?

Yazarlar 1 Fevral 2017 19:30 Oxunub 2701
Avtovağzallarda bilet satışı niyə dayandırılıb?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kassalarımız bütün gün işləyir və istiqamətlər üzrə biletlər də satışdadır"

Bakıdan bölgələrə gedən sərnişinlər geri qayıtmaq üçün rayon avtovağzallarından bilet tapa bilmirlər. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb kassalarda biletlərin satılmamasıdır. Bölgə əməkdaşımızın müşahidələri zamanı məlum olub ki, Tovuz rayon avtovağzalında bilet satışı tamamilə ləğv edilib. Taarif Şurasının qərarına əsasən, Bakıdan bu istiqamətə biletlərin qiyməti 6.89 AZN müəyyənləşdirilib. Bununla belə, kassalar işləmədiyindən vətəndaşlardan 10-12 manat yol haqqı alınır. Bəzi hallarda isə israrla bilet tələb edən vətəndaş avtovağzal rəsmilərinin qeyri-insani rəftarı ilə rastlaşır.

Tovuz-Gəncə, Tovuz-Mingəçevir istiqamətinə gedən avtobuslarda da vəziyyət ürəkaçan deyil. Burada da bilet satışı həyata keçirilmir. Sərnişinlərlə apardığımız söhbət zamanı bildirdilər ki, artıq bu hal bir neçə müddətdir davam edir. Onlar çarəsiz qaldıqlarından biletləri baha qiymətə alırlar. Sürücülər isə deyir ki, bilet satışı onların səlahiyyəti xaricindədir. Əməkdaşımızın Gəncə və Mingəçevir şəhərlərində apardığı müşahidələr zamanı məlum olub ki, burada da vəziyyət eynidir. Üstəlik, Mingəçevir-Qazax istiqamətində xəttə kiçik həcmli avtobuslar buraxılır. Bu zaman isə sürücülər daha çox qazanc əldə etsinlər deyə sərnişinləri nəfəs ala bilməyəcək dərəcədə ağır şəraitdə ayaqüstə mənzil başına çatdırırlar. Hətta sərnişinlərə qeyri-etik davranışlar sərgiləyirlər. Avtobusun salıonin siqaret çəkənlər, nalayiq ifadələrdən istifadə edənlər olur. Tovuz rayon avtovağzalının (binanın üzərində qurumun adı belə yazılmayıb) baş dispetçeri Valeh Aslanov deyilənlərlə razılaşmır: “Kassalarımız bütün gün işləyir və istiqamətlər üzrə biletlər də satışdadır. Vağzala Qazax və Tiflisdən avtobuslar gəlir. Hətta onların da sərnişinlərinə bilet satılır”. Mingəçevir şəhər avtovağzalının müdir müavini Vahid Quliyev də sorğumuza oxşar cavab verdi: “Gün ərzində buradan 1500-2000 nəfər sərnişin daşınır. Onların hamısı da biletlə təmin olunur”. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Məhəmməd Abdullayevin cavabı da çox qısa oldu: “Biletlər günün istənilən saatında satılır”. Görünən odur ki, bölgə avtovağzallarındakı bu problemlər hələ bir müddət həllini tapmayacaq. 



http://s019.radikal.ru/i604/1702/25/ce3d6617f1d3.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh