Ayıq sürücüdən şok hərəkət - Açarı götürüb qaçdı...

““Valet Parking” adlı bir şirkət var. Ayıq sürücü xidmətləri göstərir. Dünən bu şirkətin sürücüsü başımıza oyun açıb. Adam maşının açarını da götürüb, itmişdi”. Bu sözləri tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə yazıb. O bildirib ki, sürücü əvvəlcə nəzərdə tutulmuş məbləğdən yüksək ödəniş istəyib, daha sonra isə maşının açarını götürüb gedib: “1 saat 40 dəqiqənin tamamında maşında tək mən qalmışdım və Nərimanovdan Yeni Yasamala getməliydim. Sürücüdən ödəyəcəyimiz məbləği soruşduq. Dedi ki, 21 manat. Başa salmağa çalışdıq ki, Nərimanovdan Yeni Yasamala 20-25 dəqiqəlik yoldur və 2 saatlıq xidmət haqqı 14 manat edir. Sürücü razılaşmadı ki, 2 saat 1 dəqiqə də olsa, 3 saatın pulu ödənilməlidir. Dedim ki, mənə qəbz ver, burda 14 manat ödəyək, ayrılaq. Məlum oldu ki, qəbz-filan yoxdur. Şirkətə zəng vurduq, məsələni ayırd edənə qədər baxdıq ki, sürücü yoxdur. Maşının açarını da götürüb və qeyb olub.
Şirkətin vergidən yayınması, qanunsuz ödəniş qəbul etməsi bir yana, sürücünün bu hərəkəti əndazənin aşılması idi. Polisə müraciət edəcəyimizi deyəndən sonra şirkətin meneceri sürücüyə zəng vurdu və o, açarı gətirib gəldi. Yenə dedik ki, qəbz verin, pulunuzu alın və sürücünüz getsin. Qəbz olmadığını təkrarladılar və bildirdik ki, nə vaxt qəbz gətirərsiniz, pulu alarsınız. Beləcə, nə qəbz verildi, nə də ödəniş olundu”.
“Qafqazinfo” məsələylə bağlı “Valet Parking” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən məsələnin araşdırıldığı və yaxın zamanda açıqlama verəcəkləri bildirilib.
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










