Ayxan Bağırov necə rəis oldu? - DİN-dən açıqlama

Polis polkovniki Ayxan Bağırovun Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilməsi ilə bağlı xəbərlərə Daxili İşlər Nazırliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, qurumdan “qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, 2 il əvvəl BŞBPİ-dəki vəzifəsindən azad edilən polkovnikin təyinat almasında əslində qeyri-adi görünəcək heç bir şey yoxdur: “Lakin xəbər “Seyidovun işdən çıxardığı rəisə Usubov yeni vəzifə verdi” kimi mahiyyətinə qətiyyən uyğun olmayan başlıq altında dərc edildiyi üçün məsələyə münasibət bildirməyi lazım bildik.
Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov da, polis polkovniki Ayxan Bağırov da respublikanın daxili işlər orqanlarına rəhbərlik edən general-polkovnik cənab Ramil Usubovun tabeliyində olan polis zabitləridir və onlar öz xidməti fəaliyyətlərində DİN-in əmr və göstərişlərinə əsaslanırlar.
O ki qaldı Ayxan Bağırovun 2014-cü ildə Bakı şəhər BPİ-də tutduğu vəzifədən azad edilməsinə, məlumat üçün bildirim ki, o BPİ rəisinin əmri ilə deyil, məhz nazirin əmri ilə vəzifəsindən azad edilib və nazrin digər əmri ilə Mərkəzi Aparata, yəni Baş İstintaq və Təhqiqat İdarəsində müvafiq vəzifəyə təyin edilib.
İki ilə yaxın Mərkəzi Aparatda işləyən Ayxan Bağırov həm peşəkarlığını, həm də idarəçilik təcrübəsini daha da artırdı.
Bu günlərdə vakansiya olan bölmə rəisi vəzifəsinə təyinat məqsədilə DİN-də keçirilən müsbiqədə namizədlər sırasında olan Ayxan Bağırov müsbiqənin qalibi oldu və yenə də daxili işlər naziri Ramil Usubovun əmriylə 39-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edildi”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










