AZAL prezidenti işdən çıxarıldı? – AÇIQLAMA

“Yayılan bu xəbərlərə şərh vermək, bu barədə danışmaq istəmirəm”. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Hava Yolları şirkətinin mətbuat katibi Paşa Kəsəmənski şirkətin prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib. O, məsələ ilə bağlı geniş açıqlama verməyəcəyini bildirib: “Bu məsələ haqda ətraflı açıqlama verməyəcəyəm. Kim bu haqda yazırsa, qoy onlar da açıqlama versin”. Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, sosial şəbəkələrdə Azərbaycan Hava Yolları şirkətinin sədri Cahangir Əsgərovun vəzifədən çıxarılması haqda xəbərlər paylaşılır. Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) qapalı səhmdar cəmiyyətdir və onun sədrini Azərbaycan Prezidenti təyin və ya vəzifədən azad edir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












