Azərbaycanda piyadaların maşınla vurulmasında ŞOK ARTIM

«Bəzən insanlar elə yerlərdən yola çıxırlar ki, bu, konkret ölümlə nəticələnəcək riskdir. Məsələn, Bakı-Quba yolunun 5-ci km-dən 12-ci km-nə qədər olan hissəsində beton arakəsmələr var. Bəzən piyadalar həmin arakəsmələrin üstündən aşaraq sürətli yolu keçməyə cəhd edirlər». Bu fikirləri Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlayıb. “Sürətli yollara çıxan, dəmir beton konstruksiyalar üzərindən keçən, daha çox təhlükə yaradan piyadaların cərimələrinin artırılması, hətta inzibati məsuliyyətə cəlb edilməsini təklif etmişdik” deyən şöbə rəisi bildirib ki, hələlik məsuliyyətin gücləndirilməsi ilə bağlı qanuna müvafiq dəyişiklik edilməyib: Düşünürük ki, bu dəyişiklik edilərsə belə hadisələrin qarşısını almaq olar. Bu gün piyadavurmaların sayı ümumi avtomobil qəzalarının 50 faizini təşkil edir. Bakı şəhərində isə bu rəqəm 67 faizdir. Bu, kifayət qədər yüksək rəqəmdir. Piyadaların yolu necə keçməsi heç kəsə sirr deyil. Bunu sürücü də, sərnişin də, piyada özü də bilir və görür”.
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










