Azərbaycanda strateji yol bərbad vəziyyətdədir - FOTO

Bakı-Quba-Rusiya sərhədi yolunun Qubanın Vladimirovka kəndindən keçən hissəsinin əsaslı təmirə ciddi ehtiyacı var. Avtosfer.az xəbər verir ki, bu barədə Vladimirovka kəndindən olan sürücü Azər Bayramov "istipress"ə məlumat verib. Onun sözlərinə görə, idarə etdiyi “Hunday Elantra” markalı avtomobili ilə hər gün Quba şəhərinə işə gedib gəlir, yolun çala-çuxurlu olması avtomobilini yararsız hala salır, qazancını elə nasaz olan ehtiyat hissələri almağa xərcləyir. Sürücü bildirir ki, bu yol beynəlxalq əhəmiyyətli yoldur, hər gün Rusiyaya gedib gələn sürücülər bu yoldan istifadə edir. İri çala-çuxurlu yol bütün sürücülərin narazılığına səbəb olur. Bundan başqa, avtomobil xarab olanda yolda ləngiməli, gecikməli olurlar. Azər Bayramov bu strateji yolun əsaslı şəkildə yenidənqurulmasını vacib bilir və əlaqədar qurumlardan kömək istəyir. Azər Bayramov kimi yüzlərlə sürücünün həllini gözlədiyi problemi “Azəravtoyol” ASC-nin 5 saylı Yol İstismar MMC-nin sədri Aydəmir Manafova çatdırdıq. Qurum rəsmisi həqiqətən Rusiyaya gedən yolun Qubanın Vladimirovka kəndindən keçən 73-74 cü km-liklərindəki hissəsinin qəzalı, çala-çuxurlu olduğunu təsdiqləyib. Bildirdi ki, rayon ərazisində qışdan çıxan bütün yolların bərpasına başlanılıb, əgər hava şəraiti imkan versə, qarşıdakı həftənin ilk günlərindən həmin yolun da çala-çuxurlu hissəsi bərpa ediləcək, asfaltlanacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












