Azərbaycanda trasda 150 sürətlə “uçan” avtobus - VİDEO

Bu kadrlar Bakı-Qazax magistralında izləyicillərdən biri tərəfindən çəkilib. Bakı avtovağzalından çıxan və içərisi sərnişinlə dolu avtobus 150 km/saat sürətlə hərəkət edir. Avtosfer.az xəbər verir ki, həmin ərazidə sürət həddinin 110 km/saat olmasına rəğmən, avtobus sürücüsünün bu hərəkəti ciddi qanun pozuntusu olmaqla yanaşı, sərnişinlərin həyatını da təhlükəyə atır. Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirib ki, həmin avtobusun sürcüsü qaydaları kobud şəkildə pozub. Qaydalara görə, yoldakı maksimum surətin nə qədər olmasından asılı olmayaraq, avtobuslar 90 km/saatdan yuxarı sürətlə idarə oluna bilməz. İnzibati Xətalar Məcəlləsinə görə, qaydaları bu şəkildə pozan sürücülər 250 manat və 4 bal ilə cərimələnməlidirlər. Ekspert qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına müəyyən üsullarla nəzarət gücləndirilməlidir. Əks halda sərnişin avtobusların iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntularının sayı arta bilər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










