Azərbaycanda yüzlərlə sürücü bu problemlə üzləşir - VİDEO

Beş ay əvvəl radara düşən sürücü cəriməsini ödəyə bilmir. Paytaxt sakini Qədir Məmmədov iyun ayında ''99-FF-609'' dövlət nömrə nişanlı avtomobili ilə Yasamal rayonu Nəriman Nərimanov prospektində işıqforun qırmızı işığında keçərək qayda pozub. Sürücü 5 aydır elektron protakolla bank və poçt şöbələrində cəriməsini ödəyə bilmir. Bununla belə ödənməmiş cəriməsi olduğu üçün avtomobillə yola da çıxa bilmir. Sürücü Qədir Məmmədov məsələ ilə bağlı hələ yol polisinə məlumat verməyib.
Yol hərəkəti üzrə ekspertlərin sözlərinə görə, qanuna əsasən əgər sürücü hansısa qayda pozuntusuna yol verirsə və ona elektron protakol tərtib edilirsə, həmin dəqiqədən etibarən ödənişin ola biləcəyi bütün sistemlərdə görünməlidir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirdi ki, sürücü yol polisinə müraciət etsin. Ola bilsin ki, həmin elektron protakolun qərarı vurulmayıb. Əgər bu həqiqətdən də belədirsə sürücüyə tərtib edilmiş 60 manat cərimənin heç bir faizi yoxdur. Faiz yalnız qərarı təsdiq edildikdən sonra qüvvəyə minir deyə idarədən bildirdilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












