“Azərsu”: “Payız-qışa hazırıq, yollarda subasmalar olmayacaq”

Sentyabrın 27-dən etibarən Bakıda hava şəraiti kəskin dəyişib, temperatur aşağı enib, gecədən başlayaraq intensiv yağış yağır. Yağışların yağması Bakının ənənəvi problemini də özü ilə gətirib: iri gölməçələr, keçilməz yollar...
Görəsən, Bakı yağış sularını axıtmağa yenə hazır deyilmi?... Avtosfer.az xəbər verir ki, “Azərsu” Açıq Səmhdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il hazırlıq işləri kompleks şəkildə həyata keçirilib: “Payız-qış mövsümündə əsasən yağış-kanalizasiya ilə bağlı problem yaşana bilir. Hazırlıqlarımız davam edir. Kanalizasiya xətlərinin və quyularının, yağış barmaqlıqlarının təmizlənməsi işləri mütəmadi davam edir, payız aylarında bu işlər daha intensivləşir.
Yağış suları ilə bağlı nəzərdə tutulan 13 layihədən 6-da işlər yekunlaşıb. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu da öz növbsəində həmi ərazilərədə yağəş və qrunt sularının qarşısını almağa imkan verəcək. Bir sözlə deyə bilərik ki, “Azərsu” ASC payız-qış mövsümünə hazırdır və qarşıdakı aylarda əməkdaşlarımız daha səylə çalışacaqlar”.
O qeyd edib ki, bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq: “Eyni zamanda bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq. Taşağıl gölü, Yasamalda Əhməd Cəmil, Dadaş Bünyadzadə küçələrində. Binəqədi yolu, Böyükşor gölü, Dərnəgül yolundakı Ziya Bünyadov prospektində işlərin 80 faizi yekunlaşıb. Oktyabr ayına qədər işlər tam yekunlaşacaq ki, növbəti yağış mövsümündə subasma halları baş verməsin”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










