Babək prospekti çökdü - FOTO

Babək prospektinin maşın bazarının yaxınlığından keçən hissəsində yol çöküb. Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər. Artıq 4-5 gündür ki, çökən yol təmir olunmadığından təhlükəli vəziyyət yaranıb.
Şikayətçilərin sözlərinə görə, nəinki təmir edilməyib, ərazi dairəyə alınaraq hərəkətin təhlükəli olduğunu bildirən hər hansı nişan da qoyulmayıb.
"Bu yolda yüksək sürət həddi var. Axşamlar Babək prospekti qaranlıq olduğundan gediş-gəliş daha təhlükəli olur. Yolun çökdüyünü bildirmək üçün hər hansı nişan da qoyulmayıb. Yalnız yaxınlıqdakı avtomobil hissələrinin satışı ilə məşğul olan mağazadan çökən ərazinin ətrafına təkərlər düzülüb. 4-5 gündür yol bu vəziyyətdədir, maraqlanan yoxdur", - deyə şikayətçilər bildirirlər.
Yaranmış problemlə bağlı "Azəravtoyol" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, hazırda əraziyə baxış keçirilir və problem yaxın vaxtlarda aradan qaldırılacaq:
"Həmin yolda bir qədər əvvəl də eyni problem yaşanmışdı. Orada yeraltı sular üzündən tez-tez sızma baş verir. Yolda çökmə son bir neçə gündə baş verən yağıntılardan sonra yaranıb. Artıq bu gündən orada əməkdaşlarımız işləyirlər. Yoldakı problem yaxın vaxtlarda aradan qaldırlacaq", - deyə A.Nəcəfli bildirib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












