Bahalı maşın, bahalı nömrə əsas deyil – Əsas budur - FOTO

Azərbaycanda bahalı avtomobili ilə öyünən elə sürücülər var ki, adicə maşını necə park etmək lazım olduğunu yaxşı bilmir. Ya da avtomobilin qiymətinə və imkanına baxıb ona uyğun davranır. Yəni, kefi necə istəyir, elə də saxlayır. Məsələn, avtosfer.az-ın təqdim etdiyi bu fotoda gördüyünüz 99-GG-777 qeydiyyat nişanlı «Audi» markalı avtomobilin sürücüsü kimi. O, Üzeyir Hacıbəyov küçəsində yerləşən parkingdə maşın park edərəkən iki avtomobilin yerini zəbt edib. Əldə etdiyimiz məlumata görə, bahalı avtomobil sürənlər çox vaxt qəsdən bu cür park edirlər. Avtomobillər üçün nəzərdə tutulmuş bu yerlər çox ensiz olduğu üçün bahalı avtomobillərin sürücüləri digər sürücülər tərəfindən avtomobilinin cızılmamasına (əzilməməsinə) görə belə park edərək çıxıb gedirlər. Bu isə həmin parkinqdən istifadə edən başqa sürücülərə qarşı ədəbsizlikdir.
Qeyd edək ki, «Yol hərəkəti haqqında» qanuna edilən dəyişikliyə görə, parklama yerinin qanunsuz olaraq zəbt edilməsi qayda pozuntusu sayılır və 10 manat cərimə nəzərdə tutulur. Bu qaydalar iyulda qüvvəyə minəcək.
Təbriz
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?












