Reklam

Bahalı maşınlarla ölüm gətirən - Məmur övladları...

Yazarlar 8 Avqust 2017 17:30 Oxunub 3778
Bahalı maşınlarla ölüm gətirən - Məmur övladları...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu kimi neqativ hallar Azərbaycanla yanaşı, qonşu ölkələrdə də baş verir

Vəzifəli şəxslərin, dövlət məmurlarının reputasiyası, onların xalq arasındakı imici belə şəxslərin ailə üzvlərinin ictimaiyyət arasındakı davranışı, hərəkətlərləri ilə də müəyyən olnur. Zaman-zaman vəzifəli şəxslərin övladlarının, qohumlarının lüks avtomobillərdə yüksək sürətlə törətdikləri qəzalar ictimaiyyətin gündəmini zəbt edir. Xüsusən ağır nəticələrə səbəb olan qəzaların günahkarlarına yüngül cəzaların verilməsinə ictimai qınaq kəskin olur. Bu kimi neqativ hallar Azərbaycanla yanaşı, qonşu ölkələrdə də baş verir. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, Rusiyada son illər yüksək vəzifə sahiblərinin yaxınlarının törətdikləri ağır qəzaların xronologiyasını təqdim edir.

Aleksey Soskovets - Rusiyanın keçmiş baş naziri Oleq Soskovetsin oğlu - 28 fevral 1999

http://modern.az/uploads/OLEQ.jpg

Aleksey Soskovets "Mercedes-320" avtomobili ilə Rublev-Uspensk şossesində yolu keçən 3 tacik işçini vurmuşdu. Sürət yüksək olduğundan hər 3 işçi hadisə yerindəcə həlak olmuşdu. Həmin gün baş nazirin müavininin oğlu avtomobilinin oğurlanması barədə polisə müraciət etmiş və avtomobil hadisədən bir qədər kənarda meşə massivində tapılmışdı. Avtomobildə bütün barmaq izləri professionalıqla silindiyindən Soskovets cinayət işinə cəlb olunmadan azadlığa buraxılmışdı. Oleq Soskovets bu gün Rusiya İstehsalçılar İttifaqının sədridir.

Aleksandr Rutskoy - Kursk vilayəti qubernatoru Aleksandr Rutskoyun oğlu - 21 yanvar 1998

http://modern.az/uploads/AQL.jpg

Atası ilə eyni ad-soyadı daşıyan qubernator oğlunun "Jeep Grand Cheroke" avtomobili Kursk şəhərinin mərkəzində bir qadını vuraraq, öldürmüşdü. Sonradan avtomobildə Aleksadnr Rutskoyla yanaşı, daha 2 kişi və 2 qadın sərnişinin də olduğu bilinmişdi. İsitntaq zamanı həmin şəxslərdən biri avtomobili özünün idarə etdiyini demişdi və buna görə qubernator oğlu məsuliyyətə cəlb olunmamışdı. Hadisədən sonra 2000-ci ildə Kurs vilayəti qubernatorluğu uğrunda mübarizə zamanı ata Rutskoyun namizədliyi son anda qeydiyyata alınmamışdı. Buna baxmayaraq, o, 2016-cı ildə Rusiya Dövlət Dumasının deputatı seçilib.

Aleksandr İvanov - Rusiya müdafiə naziri Sergey İvanovun oğlu - 20 may 2005

http://modern.az/uploads/SASA.jpg

Rusiyanın o zamankı müdafiə naziri Sergey İvanovun oğlu Aleksandr Moskvanın Lobaçevski küçəsində 68 yaşlı Svetlana Beridzeni piyada keçidinin qarşısında vurmuşdu. Qəzanın şahidləri avtomobilin 100 kilometr sürətlə hərəkət etdiyini və toqquşma məqamında sürətini azaltmadığını bildirmişdilər. 2005-ci ilin noybarında ekspertiza qəzanın texniki baxımdan qarşısıalınmaz olduğunu bildirib. Bu əsnada cinayət işinə də xitam verilib. Məsuliyyətdən yayınan Aleksandr İvanov 2014-cü ildə Dubayda dənizdə çimərkən boğulub.

Ramil Minnixanov - Tatarıstan Yol Polisi İdarəsinin rəisi Rifkət Minnixanovun oğlu və ölkə prezidenti Rüstəm Minnixanovun qardaşı oğlu - 28 mart 2014

http://modern.az/uploads/rAMIL.jpg

Tatarıstanın Almetyevsk şəhərində Ramil Minnixanovun "Land Rover" markalı avtomobili avtobus dayanacağında duran 16 yaşlı Aleksandr Trofimovu vurmuşdu. Ekspertiza sürücünün həmin anda qəzadan qaçmağının mümkün olmadığını bildirib. Bir müddət sonra, Rifkət Minnixanov oğlunun mərhumun ailəsi ilə görüşdüyünü və övladının hadisəyə görə üzr istədiyini bildirib.

Roman Korolyov - Lipetsk vilayətinin qubernatoru Oleq Korolyovun oğlu - 26 sentyabr 2016

http://modern.az/uploads/RR.jpg

"Wolkswagen Touareg" avtomobili ilə hərəkət edən Roman Korolyov yolu keçmək istəyən 57 yaşlı qadını vuraraq öldürmüşdü. Faktla bağlı cinayət işi açılmış, hadisə zamanı prokuror köməkçisi vəzifəsini daşıyan Roman Korolyov vəzifəsindən kənarlaşdırılmışdı.  Lakin sonradan o yenidən prokurorluq orqanlarında işə bərpa olunmuşdu. Oleq Korolyov hazrda da Lipetsk vilayətinin qubernatorudur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh