Bakı-Astara yolu inanılmaz durumda - VİDEO

Bakı-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsi yararsız hala düşüb. Avtosfer.az-ın verdiyi xəbərə görə, Biləsuvarın girişində tikintisi yarımçıq qalan körpüdən başlayaraq təxminən 6-7 km yol dağılıb. Həmin hissədə sürət həddi 90 km/saat olsa da, maşınlar 10-20 km/saat sürətlə hərəkət edə bilirlər. Yolun bərbad vəziyyətdə olması hərəkəti çətinlədirməklə yanaşı, avtomobillərə də zərər vurur. Eyni zamanda təxminən 10 gün əvvəl çökən Mahmudçala ərazisindəki körpü hələ də təmir edilməyib. Körpüyə alternativ olaraq yaradılan yardımçı yolda kanala doğru sürüşmə baş verib.
Yolun bu vəziyyətə düşməsinə səbəb isə həmin ərazidə tikinti işlərinin aparılmasıdır. Bu işə cəlb edilən ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkəti uzun müddətdir əsaslı təmir olunmayan asfaltın dağılmasına səbəb olub.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ilin sonuna kimi dağılan yolun əsaslı təmiri nəzərdə tutulmayıb: “Yolun vəziyyəti ilə bağlı məlumatımız var, yolun saxlanılması üçün cari təmir işləri aparılır. Amma həmin yolun istismar müddəti başa çatıb, onun əsaslı şəkildə yenidən qurulması nəzərə tutulur. Lakin bunun indi edilməsi qənaətbəxş olmaya bilər. Ona görə də bu ilin sonu, gələn ilin əvvəlində yeni yolun tikintisi başa çatdıqdan sonra bu yolun da əsaslı şəkildə yenidən qurulmasına başlanılacaq”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










